“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev multikulturalizmin Azərbaycan modeli haqqında” adlı kitabın növbəti təqdimatı
14 Mart 2018 20:15 SosialAzərbaycan Dillər Universitetində (ADU) "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev multikulturalizmin Azərbaycan modeli haqqında" adlı kitabın silsilə təqdimatları keçirilir. Növbəti belə tədbir martın 13-də ADU Multikulturalizm Elmi - Tədqiqat Laboratoriyasında (ETL) təşkil olunub.
Açılış nitqi ilə çıxış edən ADU-nun Beynəlxalq münasibətlər və İdarəetmə fakültəsinin dekanı İbrahim Kazımbəyli dövlətimizin multikulturalizm siyasətinin vacibiyindən və universitetdə bu kimi tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıb. Tarix üzrə fəlsəfə doktoru Əli Fərhadov "Cənab Prezident İlham Əliyev və multikulturalizm siyasəti: "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev multikulturalizmin Azərbaycan modeli haqqında: seçilmiş fikirlər" kitabının (Azərbaycan, rus və ingilis dillərində) əsasında" mövzusunda məruzə ilə çıxış edib.
ADU Multikulturalizm ETL-nın elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Rəşad İlyasov "Müasir Azərbaycanda multikulturalizm, dini və etnik icmalar" mövzusunda məruzə ilə çıxış edib.
ADU Beynəlxalq münasibətlər və İdarəetmə fakültəsinin dekan müavini Əli Məmmədov isə "Multikulturalizm Azərbaycan milli siyasətinin ideoloji əsası kimi" mövzusunda mühazirə oxuyub, ölkəmizdə yaşayan çoxsaylı etnik qrupların ölkəmizin multikultural üstünlüyü olduğunu qeyd edib.
ADU Xarici dillərin metodikası kafedrasının müəllimi Könül Fərəcbəyli "İsrailin baş naziri Benyamin Netanyahunun Azərbaycana işgüzar səfəri zamanı cənab İlham Əliyevin çıxışından" mövzusunda mühazirə deyib, yəhudi və Azərbaycan xalqlarının qardaşlığından, dostluğundan söhbət açıb. ADU Multikulturalizm ETL-nın müdiri, dosent İrina Kunina çoxmədəniyyətliliyin, multikultural mühitin Azərbaycanın zənginliyi olduğunu bildirib. Sonda tələbələr də mövzu ilə bağlı fikirlərini bölüşüblər.