Gündəm
Prezident İlham Əliyevin fərmanı ilə “Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxs yaradılıb
Prezident İlham Əliyev elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid ilə bağlı tədbirlər haqqında fərman imzalayıb.
Yeni Zelandiyada avtonom uçan taksinin sınaqları keçirilir
Yeni Zelandiyanın “Kitty Hawk” startapı “Cora” pilotsuz uçan aparatın sınaqlarına başlayıb.
ABŞ-da 80-dən çox avtomobil toqquşub
ABŞ-ın Ohayo ştatının Morrou dairəsində şosedə 81 avtomobil toqquşub. Məlumata görə, qəzaya səbəb güclü qar yağması ilə yolda görüntünün pisləşməsi olub. Hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb. Şosedə nəqliyyatın hərəkət təqribən 5 saat dayanıb.
Monika Belluçinin keçmiş əri 20 yaşlı modellə nişanlandı
51 yaşlı Vensan Kassel 20 yaşlı model Tina Kunaki ilə nişanlanıb. Cütlük toya hazırlaşır. Vensanla Tinaki bu barədə danışmasa da, aktyor artıq sevgilisinə brilyant üzük də bağışlayıb.
“Apple” şirkəti növbəti təqdimat tarixini açıqlayıb
"Apple" korporasiyası proqramçılar üçün "WWDC" illik tədbirinin tarixini açıqlayıb.
“Belə oyunlardan əvvəl narahat olmuram”
Bu gün UEFA Çempionlar Liqasında son 1/4 finalçılar müəyyənləşəcək. İstanbuldakı "Beşiktaş" - "Bavariya" matçı formal xarakter daşıdığı halda, "Nou Kamp"da keçiriləcək "Barselona" - "Çelsi" oyununda kimin üstün olacağı böyük maraq doğurur.
Azercell Qərbi Kaspi Universitetində tələbələrə dəstək oldu
Azercell Telekom MMC ölkəmizdə keçirilən karyera sərgilərində iştirakını davam etdirir. Şirkətin əməkdaşları bu dəfə martın 10-da Qərbi Kaspi Universitetində baş tutan karyera sərgisində tələbə və məzunlara dəstək olublar. 50-dən çox nüfuzlu şirkətin iştirak etdiyi tədbirdə Azercell öz kreativ stendi ilə seçilib. Şirkətin İnsan Qaynaqları Departamentinin nümayəndələri Azercell-ə işə qəbul olmaq istəyən məzunlar üçün informasiya sessiyaları təşkil edib və şirkətdə mövcud olan vakansiyalar barədə sərgi iştirakçılarını məlumatlandırıblar. İşə qəbul şöbəsinin əməkdaşları Azercell-ə işə qəbul və şirkətin elan etdiyi Tələbə Təqaüdü və Təcrübə proqramları haqqında məlumat veriblər, eyni zamanda məzunları maraqlandıran sualları cavablandırıblar.
Prezident İlham Əliyev Quba Mərkəzi Xəstəxanasının tikintisinə 7,55 milyon manat ayırıb
Prezident İlham Əliyev Quba Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Maltanın baş məşqçisi hansı yığmanı millimizə bənzədir?
Yoldaşlıq görüşləri olmasına baxmayaraq, meydana məğlub olmaq fikri ilə çıxmırıq və uduzmaq üçün də oynamayacağıq. Bunu Malta yığmasının baş məşqçisi Tom Saintfit deyib. Millətlər Liqasında Azərbaycan, Kosovo və Farer adaları ilə eyni qrupda yer alan maltalılar bu ay yoldaşlıq görüşlərində qüvvəsini sınayacaq. Belə ki, komanda ayın 22-də Lüksemburqu qəbul edəcəksə, bundan 4 gün sonra Türkiyədə Finlandiya ilə üz-üzə gələcək.
Bakıda "Əqli Mülkiyyət Hüquqları Obyektlərinin Gömrük Nəzarəti" mövzusunda seminar keçirilir
Martın 14-də Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində "Əqli Mülkiyyət Hüquqları Obyektlərinin Gömrük Nəzarəti " mövzusunda seminar başlayıb.
Zaxarova Britaniya baş nazirinə cavab verib
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Böyük Britaniya baş naziri Tereza Meyin Rusiya XİN başçısı Sergey Lavrovla bağlı sözlərinə münasibət bildirib. Məlumata görə, M. Zaxarova Lavrovun Britaniya deyil, Rusiyanın naziri olduğunu və ona qiymətin Rusiya prezidenti tərəfindən verildiyini bildirib. "Tereza, Lavrov Rusiyanın naziridir, Britaniyanın yox. Nazir kimi qiyməti də ona Rusiya prezidenti verir. Başa düşürəm ki, başqa cür düşünmək istəyirsiniz. Lakin sizin nazir Boris Consondur", - deyə Zaxarova "Facebook"da yazıb.
Prezident İlham Əliyev: "TANAP layihəsi Azərbaycan və Türkiyəni bir-birinə daha sıx bağlayacaq"
TANAP layihəsi Azərbaycan və Türkiyəni bir-birinə daha sıx bağlayacaq. Məlumata görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda səfərdə olan Türkiyənin Baş naziri Binəli Yıldırımla görüşündə deyib.
AMEA-nın bir neçə institutunda struktur və kadr dəyişiklikləri olub
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) bir neçə institutunda struktur və kadr dəyişiklikləri baş verib. Məlumata görə, AMEA Rəyasət Heyətinin növbəti iclasında bu barədə qərar qəbul edilib. Müvafiq qərarla AMEA Məhəmməd Füzuli adına Əlyazmalar, Genetik Ehtiyatlar, Geologiya və Geofizika institutlarının strukturunda qismən dəyişiklik edilib. Digər qərarla AMEA-nın Elm Tarixi İnstitutunun İnformasiya və tərcümə şöbəsi yaradılıb.
Putin Krıma gəlməklə provokasiya edir
Ukrayna Prezidenti Pyotr Poroşenko Rusiya Prezidenti Vladimir Putinin Krıma səfərini provokasiya adlandırıb. O, Putinin bu səfərinin təsadüfi olmadığını bildirib: "Rusiya Prezidenti Vladimir Putinin seçkiqabağı işğal edilmiş torpaqlara getməsi, Simferopol və Sevastopolu ziyarət etməsi təhlükəli provokasiyadır. Kiyev Krım ərazisindəki seçkilərin dünya tərəfindən tanınmamasına diqqət yetirəcək".
"Təhqir də bir cinayətdir"
"Baxmayaraq ki, Azərbaycanda müstəqilliyimizin 27-ci ilini yaşayırıq, amma biz normal, sivil bir müxalifət formalaşdıra bilmədik. Şübhəsiz ki, müxalifətin parlamentdə təmsil olunan nümayəndələri istisna olmaqla parlamentdən kənarda qalan hissəsi yəni özlərini müxalifət partiyaları adlandıranlar hakimiyyət uğrunda mübarizəni çox qeyri-sivil, vəhşi formada hətta dövlətə qarşı mübarizə şəklində aparmağa üstünlük verirlər. Əslində, bunları heç müxalifət partiyaları da adlandırmaq olmaz".














