Gündəm

Prezident Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrlərini qəbul edib

14 Mart 2018 17:30

Azərbaycan prezidenti İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrlərini və İdarə Heyətinin üzvlərini qəbul edib. Bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Britaniyadan şok: 23 rus diplomatı qovulur - Canlı yayım

14 Mart 2018 17:27

Britaniya 23 rus diplomatını deportasiya edəcəyik. Bunu parlamentdə çıxışı zamanı Britaniya Baş naziri Tereza Mey deyib. “Bu şəxslərin hamısı qeydə alınmayan casuslardır. Onların Britaniyanı tərk etməsi üçün bir həftə vaxtı var. Rusiyaya Skripalla bağlı baş verənləri izah etmək üçün imkan verdik, amma onlar bizə heç bir açıqlama vermədilər ki, Skripalın zəhərlənməsində istifadə edilən qazlar necə Britaniyada peyda olub” - deyə o bildirib.

Lukaku: "Növbəti mərhələyə layiq deyildik"

14 Mart 2018 17:24

"Mançester Yunayted" Çempionlar liqasının 1/8 finalında "Sevilya"ya uduzaraq (1:2) mübarizəni dayandırıb.  "Old Trafford"da baş tutan qarşılaşmadan sonra "qırmızı şeytanlar"ın hücumçusu Romelu Lukaku bunları deyib: "Bəzi futbolçular meydanda gizlənmişdi. Fikrimcə, oyuna yaxşı başlamışdıq.

Almaniya Futbol İttifaqı mundialın boykotuna qarşı çıxıb

14 Mart 2018 17:23

Rusiya Baş Kəşfiyyat İdarəsinin sabiq polkovniki Skripalın evində zəhərlənməsindən sonra onu casus fəaliyyətinə cəlb edən İngiltərədə 2018-ci il dünya çempionatını boykot etmək barədə danışmağa başladılar. "Dumanlı Albion"da hesab edirlər ki, sabiq polkovnikin həyatına sui-qəsd rus casus şəbəkəsinin işidir. İngilislər bəzi müttəfiqlərini də boykota qoşulmağa çağırırdı. Məsələyə Almaniya Futbol İttifaqı da münasibət bildirib. Goal.az xəbər verir ki, qurum Bundestimin mundiala qatılacağını açıqlayıb.

Ermənistan ən yoxsul 3 MDB ölkəsindən biridir

14 Mart 2018 17:21

Ermənistan ən yoxsul MDB ölkələrinin ilk üçyünə daxil olub. Bu barədə erməni KİV-ləri yazır. Ermənistan Milli Statistika Xidmətinin məlumatına əsasən, yoxsulluq səviyyəsinin 29,4 faiz olduğu ölkə MDB-də yoxsulluq göstəricisinə görə üçüncü yeri tutur. Azərbaycan isə MDB məkanında ən aşağı yoxsulluq səviyyəsi (əhalinin təqribən 5 faizi) olan ölkədir.

Avropa Komissiyası viza rüsumunu artırır - Azərbaycan vətəndaşlarına təsir edəcək?

14 Mart 2018 17:20

Avropa Komissiyasının təklif etdiyi Şengen zonasının ümumi viza məcəlləsinə dəyişikliklər Azərbaycan vətəndaşları üçün viza rüsumunun dəyərinə təsir etməyəcək. Avropa Komissiyası üçüncü ölkə vətəndaşları üçün viza rüsumunun 20 avro artırılaraq 80 avroya çatdırılması barədə qərar qəbul edib.

Vergi qanunvericiliyi dəyişdiriləcək

14 Mart 2018 17:18

"Vergiləri tam və vaxtında ödəyən intizamlı vergi ödəyiciləri vergi orqanları tərəfindən həmişə dəstək görəcək". Bunu Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamentində qeydiyyatda olan 300-dən artıq sahibkarla görüşdə vergilər nazirinin müşaviri Manaf Bayramov deyib.

Bu sözlər ermənilərin qulağında cingildəyir - Polkovnik

14 Mart 2018 17:16

Ordumuzun keçirdiyi təlimlər Ermənistanda narahatlıqla qarşılanır və bu, təbiidir. Bu sözləri Horadiz əməliyyatının komandiri, ehtiyatda olan polkovnik Şair Ramaldanov danışarkən bildirib. Polkovnik qeyd edib ki, Azərbaycan Ordusunun təlimləri Qarabağda ola biləcək döyüşə uyğun şəkildə həyata keçirilir: “Biz işğalçı Ermənistanla müharibə şəraitindəyik.

Ukrayna Rusiyada keçiriləcək yarışları boykot edib

14 Mart 2018 17:14

Ukraynalı idmançılar Rusiyada keçiriləcək yarışlarda iştirak etməyəcəklər. Bu haqda Ukraynanın gənclər və idman naziri İqor Jdanov sərəncam imzalayıb.

Komitə sədri Gəncədə vətəndaşları qəbul edib

14 Mart 2018 17:14

Martın 14-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Gəncə şəhərində bölgə vətəndaşlarını qəbul edib. “OLAYLAR” Dini Komitəyə istinadən xəbər verir ki, qəbuldan əvvəl Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Rafiq Şəfiyev Ümummilli Lider Heydər Əliyevin şəhərin baş meydanında ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.

"Virtual Məkanda Azərbaycan” layihəsində Vikipediya təlimi

14 Mart 2018 17:13

Gənclər və İdman Nazirliyinin dəstəyi , "İrəli" İctimai Birliyinin təşkilatçılığı ilə "Virtual Məkanda Azərbaycan” layihəsinin növbəti təlimi baş tutub. Təlimçi Tərxan Paşazadə gənclərə Vikipediya, ondan istifadə qaydaları mövzusunda təlim keçib. “OLAYLAR”-a daxil olan məlumata görə, təlim çərçivəsində gənclərə Vikipediyanın əhəmiyyətindən, orda informasiyanın yerləşdirilməsi qaydalarından bəhs edilib.

Əbülfəs Qarayev Azərbaycanın Almaniyadakı fəxri konsulu ilə görüşüb

14 Mart 2018 17:12

Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev Azərbaycanın Almaniyadakı fəxri konsulu Otto Hauserin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. “OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbərə görə. nazir qonaqları salamlayaraq Almaniya - Azərbaycan arasında turist mübadiləsindən, turislərin sayının artırılmasının vacibliyindən söz açıb. Bildirib ki, ölkəmizə turistlərin cəlb olunması, turizm potensialının təbliği məqsədilə 2014-ci ildən nazirliyin Almaniyada turizm nümayəndəliyi fəaliyyət göstərib.

Mehdiabad-Pirşağı avtomobil yolu yenidən qurulur

14 Mart 2018 17:11

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 20 mindən artıq əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Mehdiabad-Pirşağı avtomobil yolu yenidən qurulur. Agentlikdən “OLAYLAR”-a bildirilib ki, 7.2 km uzunluğunda olan yol əsaslı şəkildə təmir olunmadan istismar olunduğu üçün asfalt-beton örtükdə qabarmalar və deformasiyalar əmələ gəlmişdi. Bu isə hərəkətin fasiləsiz və təhlükəsiz təmin olunmasına maneə yaradırdı. Sözügedən yolun bu il Bakı şəhərində yenidən qurulması nəzərdə tutulan qəsəbələrarası yolların siyahısına daxil edilməklə problem artıq öz həllini tapır.

Ata öz qızının diplomunun saxtasını çıxartdı və... - Hər birindən pul qazanır

14 Mart 2018 17:09

Türkiyədə inanılmaz hadisə yaşanıb. 11 ildir müəllim kimi fəaliyyət göstərən Gülhan Yıldız polisə atasının onun diplomunu əlindən alması ilə bağlı müraciət edib. 32 yaşlı müəllim bildirib ki, atam diplomumu əlimdən alıb və gizlicə saxtasını çıxardaraq başqalarına 20-25 manata satır. Atası isə bunun əsassız olduğunu bildirib. Hazırda araşdırmalar davam etdirilir.

İNANILMAZ: Ölmədən öncə dediyi bu sözlər - MÖCÜZƏ OLDU -VİDEO

14 Mart 2018 17:07

Hər il dünyada yüz minlərlə uşaq xərçəng xəstəliyindən dünyasını dəyişir. 10 yaşında olan Ebi də onlardan biri idi.  6 il öncə həkimlər ona xərçəng diaqnozu qoydu. Həmin xəbərdən sonra Ebinin həyatı tamamilə dəyişdi. 4 yaşlı qızcığaz xərçənglə mübarizə aparmalı idi. Həkimlər qızın yaşama şansının olmadığını desə də, ailə bütün imkanlarını səfərbər etdi.