Lukaku: "Növbəti mərhələyə layiq deyildik"

"Mançester Yunayted" Çempionlar liqasının 1/8 finalında "Sevilya"ya uduzaraq (1:2) mübarizəni dayandırıb.  "Old Trafford"da baş tutan qarşılaşmadan sonra "qırmızı şeytanlar"ın hücumçusu Romelu Lukaku bunları deyib: "Bəzi futbolçular meydanda gizlənmişdi. Fikrimcə, oyuna yaxşı başlamışdıq.

"Mançester Yunayted" Çempionlar liqasının 1/8 finalında "Sevilya"ya uduzaraq (1:2) mübarizəni dayandırıb.  "Old Trafford"da baş tutan qarşılaşmadan sonra "qırmızı şeytanlar"ın hücumçusu Romelu Lukaku bunları deyib: "Bəzi futbolçular meydanda gizlənmişdi. Fikrimcə, oyuna yaxşı başlamışdıq. Daha sonra rəqibə imkan verdik ki, nəzarəti ələ alsın. Bir neçə qol şansını reallaşdıra bilmədik. Daha sonra "Sevilya" fərqləndi. Hücumda oynamağa çalışdıq, onlar ikinci qolu vurdular. Bu qol bizə böyük zərbə oldu. Matçın sonlarında təzyiqi artırsaq da, bu kifayət etmədi. Bu gecə komandanın sahib olduğu keyfiyyətlərə görə daha yaxşı oynamalı idik. Lakin növbəti mərhələyə layiq deyildik. Nəticədən məyus olmuşuq, çünki özümüzdən gözləntilərimiz yüksək idi". Goal.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31