Gündəm
Əmək Nazirliyində növbəti məlumat mübadiləsi təşkil olunub
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində “Azərbaycanda İnnovasiyanın və Məşğulluğun İnkişafı” layihəsinin icrası işlərinə və “Dövlət məşğulluq xidmətlərinin modernləşdirilməsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək” tvinninq layihəsi çərçivəsində təlim səfərlərinin nəticələrinə dair “Məlumat mübadiləsi saatı” keçirilib.
Azərbaycan müğənnilərinin fantastik toy qiymətləri - SİYAHI
Gecədən sübhə kimi əlləşib-vuruşan şou əhlinin qazanc mənbəyi heç kəsə sirr deyil ki, el şənlikləridir. Həftə səkkiz, mən doqquz toy və el şənliklərində "qaz vurub qazan dolduran" müğənnilər bu yolla əməlli-başlı özlərinə biznes qurub.
Kreml Londonun ultimatumuna cavab verib
Kreml Londonun ultimatumuna cavab verib. Məlumata görə, Kremlin sözçüsü Dmitri Peskov ölkəsinin Sergey Skripalın zəhərlənməsinin təhqiqatı ilə məşğul olmayacağını açıqlayıb: "Lakin Moskva təhqiqata kömək etməyə hazırdır. Bu işlə bağlı Rusiya ünvanına ittihamlar məntiqə ziddir", - deyə o vurğulayıb.
Millət vəkili: “Qərbdəki müəyyən dairələrin Azərbaycana qərəzli yanaşmasının şahidiyik”
“Biz əslində Qərbin müəyyən siyasi dairələrinin Azərbaycanla bağlı növbəti dəfə qərəzli yanaşmalarının şahidi oluruq və buna təəccüblənmirik”. Bunu millət vəkili, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru Elman Nəsirov söyləyib.
“AXC-nin 100 illiyinin dövlət səviyyəsində qeyd olunması təxribatların qarşısını alacaq”
Düşünürəm ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin dövlət səviyyəsində qeyd olunması onun tarixi ilə bağlı aparılan təxribatların qarşısını alacaq. Bu fikri politoloq İlqar Vəlizadə bildirib. Politoloq bildirib ki, müasir Azərbaycan Respublikası 100 il bundan öncə yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir: “Ona görə də tarixə biganə qalmaq olmazdı. Düşünürəm ki, AXC-nin 100 illiyinin dövlət səviyyəsində qeyd olunması onun tarixi ilə bağlı aparılan təxribatların qarşısını alacaq”.
Əli Kərimli dünya liderlərinə "məsləhət" verir…
AXCP sədrinin müavini NurİK Məmmədlinin "Facebook"da yazdığı "Ukrayna hakimiyyəti vaxtında Əlişka Kərimlinin məsləhətlərinə qulaq assaydı, ən azı parçalanmanın yarısından qayıdardı" statusu sosial şəbəkələrdə böyük əks-səda doğurub. Müsavat başqanının müşaviri Səxavət Soltanlı bu barədə ironiya ilə belə deyib: "Vaxtında məsləhətlərə qulaq asmamaq ciddi problemdir. Vaxtında məsləhətlər eşidilsəydi, AXCP də 7 yerə parçalanmazdı".
BQXK-dan Dilqəm və Şahbaz açıqlaması: "Məqsədimiz..."
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) məqsədi Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonundakı doğma torpaqlarında olarkən ermənilər tərəfindən girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevə humanist münasibətin təmin olunmasıdır.
24 min uşaq I sinfə avtomatik qəbul olundu – İlk dəfə
Pompeo gəldi: ABŞ-Türkiyə münasibəti... – Çevik yazdı
Reks Tillersonun rəhbərliyi dövründə ABŞ-ın xarici diplomatiyası işlək vəziyyətdə olmayıb. Bu sözlər Türkiyə prezidentinin baş müşaviri İlnur Çevikin “Yeni Birlik” qəzetindəki məqaləsində yer alıb.
Dünyanın ən xoşbəxt ölkələrinin SİYAHISI açıqlandı - Finlandiya 1-ci
Dünyanın ən xoşbəxt ölkəsi Finlandiya hesab olunub. Bu barədə BMT-nin hazırladığı "Dünya Xoşbəxtlik Hesabatı"nda deyilir.
Azərbaycan İsraildən silah alan ölkələr arasında ÜÇÜNCÜ olub
Azərbaycan İsrail hərbi texnikasının ən iri alıcılarından biridir. Bu barədə "The Jerusalem Post" qəzetində dərc olunan məqalədə qeyd olunub. Məqalədə bildirilir ki, Azərbaycan İsraildən silah alan ölkələr arasında üçüncü yerdə qərarlaşıb: "2017-ci ildə Azərbaycan İsraildən 137 milyon dollar həcmində hərbi texnika əldə edib. 2016-cı ildə bu rəqəm 248 milyon dollar təşkil etmişdi". İsraildən ən çox hərbi texnika alan ölkələr arasında ilk üçlükdə həmçinin Vyetnam və Hindistan yer alıb.
Subay müğənnimiz Sevda Yəhyayevanın yaşını eşidənlər şokda
32 yaşlı müğənnimiz Sevda Yahyayeva yeniliklərdən yox, şəxsi həyatından söhbət açıb. Şəxsi həyatını gözlərdən uzaq yaşayan müğənninin görəsən qəlbinə yol tapan olubmu?
11 aprel seçkiləri demokratik əsaslarla təşkil olunacaq - ŞƏRH
Seçkilər hər bir ölkədə legitimliyin dayağı, səlahiyyətin qaynağıdır. Dövlətin kimlər tərəfindən və necə idarə edilməsinə xalq seçkilərdə qərar verir. Həmçinin cəmiyyətdə sabitlik və rifahın dayanıqlı olması da xalqın seçkilərdə ifadə olunan mövqeyindən çox asılıdır. Odur ki, heç bir cəmiyyətdə heç bir seçki kampaniyasına formal və mexaniki proses kimi baxmaq olmaz. Seçkilər istər demokratiya, istər dövlət, istərsə də cəmiyyət nöqteyi-nəzərindən olduqca geniş təməl və təsirlərə malikdir. Lakin seçkilər, bütövlükdə bir sistem, mexanizm olaraq bugünkü səviyyəyə çatmaq üçün əsrləri əhatə edən məşəqqətli bir yol keçib.
Gənc Tamaşaçılar Teatrının Novruz repertuarı
Olaylar.az bildirir ki, bayram günləri ərəfəsində teatrda iki premyera, martın 16-da və 17-də saat 12:00, 14:00 və 16:00-da H.X.Andersenin “Qar kraliçası” və martın 18 və 19-da eyni saatlarda E.Uspenskinin “Çeburaşka” əsərləri əsasında hazırlanan tamaşaların ilk təqdimatı reallaşacaq. Daha sonrakı günlərdə isə məktəblilər teatrın repertuarında olan sevilən səhnə əsərlərinə baxmaq imkanı qazanacaqlar. 21-25 mart tarixlərində saat 12:00, 14:00 və 16:00 olmaqla gündə üç seans olmaqla Ş.Perro “Çəkməli pişik”, Xalq nağılı “Qoğalın sərgüzəştləri”, A.Şaiq “Danışan gəlincik”, C.Rodari “Çippolino”, ərəb xalq nağılı “Əlibaba və qırx quldur” tamaşalarını izləyə biləcəklər.
Eyfel qülləsinin rəngi dəyişə bilər
Eyfel qülləsinn əvvəlki rəngi bərpa oluna bilər. Məlumata görə, Parisin əsas rəmzi müxtəlif dövrlərdə sarı, xardal rəngi kimi fərqli rənglərə boyanıb. İndi qüllənin qırmızı rənginə qaytarılması barədə söhbətlər gedir.














