Gündəm
Məşhur aparıcı şou-biznes nümayəndələrini ifşa etdi – “… o gözəl siması tanınmaz hala düşəndə” – FOTOFAKT
Bu gün bir çoxları real həyatdan uzaqlaşaraq sosial şəbəkələrə üz tuturlar. Bununla sanki özlərini nədəsə sübut edir və ya gündəlik həyat tərzlərini bölüşürlər. Daha çox fotopaylaşım kimi ixtisaslaşmış instagram sosial şəbəkəsində yol hərəkəti qaydasını pozan və bundan utanmayan insanlara rast gələ bilərik. Bunların arasında adi və “ulduz” deyilən zümrə də var. Adi insanlar “ulduz” sayılanlardan ibrət götürür və onların etdiklərini təkrarlayırlar.
Məşhur yazıçının əsərləri ilk dəfə Azərbaycan dilində
Müasir Azərbaycan ədəbiyyatının ən tanınmış simalarından biri, yazıçı Elçin Səfərlinin əsərləri Azərbaycan dilində “TEAS Press” Nəşriyyat Evində nəşr olunacaq. Əsərlərini rus dilində qələmə alan Elçin Səfərli kitabları postsovet məkanı ölkələrində və Türkiyədə ən çox satılan yazıçılardandır. O, müasir Azərbaycan ədəbiyyatını dünyada uğurla təmsil edən qələm sahiblərindən biridir.
"Real TV" yayıma başlayır - VİDEO
Sabahdan etibarən “Real” TV peyk yayımına başlayacaq. Sözügedən kanalın “Azərspace-1” peykində yayıma başlaması nəzərdə tutulub.
Britaniya polisi Putinin düşmənlərini qoruma altına aldı
Böyük Britaniyada Rusiyanın sığınacaq almış bəzi vətəndaşlarına mühafizə ayrılıb. Bu barədə öz mənbələrinə istinadən "Kommersant" xəbər yayıb. "Solsberidə zəhərlənmədən sonra mənim evimin pəncərəsinin altında daim polis maşını keşik çəkir", - deyə Rusiya siyasi mühacirlərindən biri nəşrə danışıb.
Məktəb yollarının qarşısında heyvan kəsiminə nəzarət olunacaq
Küçələrdə, yol kənarlarında səhər saatlarında, xüsusilə də uşaqların məktəblərə getdiyi zaman iri və xırda buynuzlu heyvanların kəsiminə nəzarət olunacaq. Bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bildirib.
Sahibkarlar üçün yeni imkan: “Lisenziyalar və icazələr” portalı yaradılıb
14 mart 2018-ci il tarixində Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün tələb olunan lisenziyaların və icazələrin elektron qaydada verilməsini təmin edən “Lisenziyalar və icazələr” portalının istifadəyə verilməsi ilə bağlı tədbir keçirilib.
Varşavada “Cənub-Qərb” beynəlxalq nəqliyyat marşrutunun inkişafı müzakirə edilib
Polşanın paytaxtı Varşavada “Cənub-Qərb” beynəlxalq nəqliyyat marşrutunun inkişafı üzrə Koordinasiya Komitəsinin yığıncağı keçirilib. “Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən “OLAYLAR”-a bildirilib ki, tədbirdə Azərbaycan, İran, Gürcüstan, Ukrayna və dəmir yollarının nümayəndə heyətləri iştirak ediblər. “Azərbaycan Dəmir Yolları” QSC-ni sədr müavini İqbal Hüseynovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
Raket və Artilleriya Qoşunları atəş mövqelərinə çıxarılıb
Müxtəlif qoşun növlərinin iştirakı ilə həyata keçirilən Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri davam edir. “OLAYLAR Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Raket və Artilleriya Qoşunlarının hərbi hissə və birləşmələrinin 1000-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatanlar döyüş atışları icra etmək məqsədilə ümumqoşun poliqonlarındakı müvəqqəti atəş və start mövqelərinə çıxarılıb.
Ana və qızın qəbirləri birləşdi – Tükürpədən tarixi olay
Türkiyənin məşhur "Qara qutu” adlı Yutub kanalı növbəti dəfə diqqətçəkən video paylaşıb. Videoda Türkiyənin 6 ən qorxulu kəndindən, orada baş verən tükürpədici olaylardan bəhs edilib. Kəndlərdən biri olan "İssız Cuma”da baş verən paranormal hadisə hər kəsi şoka salıb.
Filarmoniyada yaradıcılıq gecəsi
Martın 30-da M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında bəstəkar, Əməkdar İncəsənət Xadimi Vasif Allahverdiyevin yaradıcılıq gecəsi keçiriləcək. Filarmoniyadan Olaylar.az - a bildirilib ki, tədbir Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Filarmoniya və “Mədəniyyət” kanalının təşkilatçılığı ilə reallaşacaq. Xalq Artisti Fəxrəddin Kərimovun dirijorluluğu ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edəcək.
Vaqif Mustafazadə anılacaq – Muğam Mərkəzində
Martın 15-də Beynəlxalq Muğam Mərkəzində bəstəkar, pianoçu, caz-muğam üslubunun yaradıcısı, Əməkdar İncəsənət Xadimi Vaqif Mustafazadənin doğum günü ərəfəsində görkəmli musiqiçinin yaradıcılığına həsr olunmuş konsert keçiriləcək. Muğam Mərkəzindən Olaylar.az -a bildirilib ki, konsertdə V.Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin müəllim və şagirdlərinin çıxışı nəzərdə tutulur.
Tərxun + limon! Cinsi gücü artırır. qurdları xaric edir, ürək və damarları möhkəmləndirir + 11 dərdin dərmanı
Yarım dəstə tərfun 2 yemək qaşığı limon suyunu yarım stəkan suya qataraq 1 dəqiqə blendorda çəkin.
Azərbaycanın ən yaraşıqlı kişisi evlənir, özü də görün kiminlə
ARB TV-nin "Boş anlar" verilişinin növbəti qonağı olan model Rüstəm Cəbrayılov maraqlı açıqlamalar verib. O, bu il evlənəcəyini bildirib: "Gələcək həyata dair planlarım var. Fikrlərimi ona həsr etmişəm. Şəxsi həyatıma aiddir. Bu il evlənməyi düşünürəm. Namizəd var. Xanımı özüm seçməliyəm. Boyu boyuma uyğun olmalıdır. 118 ölkədə olmuşam. Dünyagörüşlərimiz tutmalıdır".
Avropa İttifaqından Britaniyaya sərt yumruq: “Brexit istəyirdiniz? Buyurun!” - TƏHLİL
Bir neçə gün əvvəl Avropa Komissiyası Avropa İttifaqı ilə Böyük Britaniya arasında saziş layihəsini təqdim edib. Britaniyanın reaksiyası özünü çox gözlətməyib və bu reaksiya sərt olub. Amma bu sərt mövqeyi saxlaması üçün Britaniyanın hər hansı arqumentləri varmı?














