"Real TV" yayıma başlayır - VİDEO
Sabahdan etibarən “Real” TV peyk yayımına başlayacaq. Sözügedən kanalın “Azərspace-1” peykində yayıma başlaması nəzərdə tutulub.
14 Mart 2018 16:14 SosialSabahdan etibarən "Real" TV peyk yayımına başlayacaq. Sözügedən kanalın "Azərspace-1" peykində yayıma başlaması nəzərdə tutulub.
Qeyd edək ki, martın 5-də MTRŞ-da "Real Təhlil İnformasiya Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətinin peyk yayımı üçün lisenziya verilməsi barədə müraciətinə baxılıb. MTRŞ-nın qərarına əsasən, "Real Təhlil İnformasiya Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətinə ixtisaslaşmış (xəbər) kanal kimi peyk yayımı üçün müddətsiz lisenziya verilib.
"Real" TV-nin baş direktoru Mirşahin Ağayevdir. Yenicag.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31