Gündəm

Mayda "Moody’s"in Azərbaycan üzrə illik sammiti keçiriləcək

14 Mart 2018 15:42

Beynəlxalq reytinq agentliyi “Moody’s Investors Service” may ayının 24-də Azərbaycan üzrə illik sammit keçirəcək. Sammitdə islahatların həyata keçirilməsində inkişaf, ölkənin kredit reytinqinə təsir edən əsas açar faktorlar müzakirə olunacaq. Sammitdə Azərbaycanın suveren reytinqi, bank sektorunda vəziyyət, neftin qiyməti və neft sektoruna baxış mövzuları müzakirə ediləcək. 

Regionlarda baramaçılığın inkişafı ölkənin ixrac potensialını artıracaq

14 Mart 2018 15:30

Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində qədim ənənələrə söykənən baramaçılığın və ipəkçiliyin bərpası kənd təsərrüfatının prioritet istiqamətlərindən biri kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair 2004-cü ildən etibarən qəbul edilmiş dövlət proqramları çərçivəsində ölkədə ipək məhsullarının istehsalı, tədarükü və emalı sahələrində sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, ənənəvi baramaçılıq rayonlarında barama istehsalının və emalının dəstəklənməsi üçün zəruri tədbirlər görülmüşdür.

Qətər vətəndaşı cərimələndi – Qanunsuz ov

14 Mart 2018 15:28

Ağgöl Milli Parkının 4 nömrəli mühafizə postunun ərazisinə qanunsuz daxil olan 49-BF-118 dövlət qeydiyyat nömrə nişanlı “Niva” markalı minik avtomobili Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən  saxlanılıb. Avtomobilə keçirilən baxış zamanı avtomobildə qızılquş tutmaq üçün tor, ev göyərçini, quşların yerini müəyyən etmək məqsədilə xüsusi cihazlar  aşkar edilib.

“Topaz”dan oğurluq edənin əlləri qandallanıb

14 Mart 2018 15:27

Bakıda oğurluqla məşğul olan şəxs tutulub. DİN-dən “Olaylar”a verilən məlumata görə, oğurluq etdiyinə görə tutulmuş Elçin Rəşidovun ətrafında Nərimanov RPİ 18-ci PB-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri ilə onun yanvarın 24-də rayon ərazisindəki “Topaz” mərc oyunları məntəqələrininin birindən videokamera, televizor, 2 noutbuk və 50 ədəd lotoreya bileti oğurlaması da müəyyən edilib.

Dələduzun digər əməlləri də ifşa edilib

14 Mart 2018 15:25

Dələduzluq etdiyinə görə tutulmuş şəxsin digər əməlləri də ifşa olunub. DİN-dən “Olaylar”a verilən məlumata görə, dələduzluq etdiyinə görə tutulmuş Ceyhun Quliyevin ətrafında Qaradağ RPİ 10-cu PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun ötən il dekabrın 12-də paytaxt sakini Ş.Əliyevanın içərisində 575 manat olan pulqabısını oğurlaması da müəyyən edilib.

Bakıda evi qarət edən şəxs ələ keçib

14 Mart 2018 15:25

Narkotik vasitə ilə tutulmuş şəxsin evlərdən oğurluq etməsi də müəyyən edilib. DİN-dən “Olaylar”a verilən məlumata görə, narkotik vasitə ilə tutulmuş Seymur Zeynalovun ətrafında Sabunçu RPİ 12-ci və 13-cü PB-lərin əməkdaşları tərəfindən aparılmış tədbirlərlə onun fevralın 6-da rayon ərazisindəki evlərin birindən 2 televizor, noutbuk, müşahidə videokamerası və 5 qol saatı oğurlaması da müəyyən edilib.

Qadını şantaj edib pul alan şəxs tutulub

14 Mart 2018 15:23

Paytaxt Bakıda qadını şantaj edəm şəxs saxlanıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Bakı şəhər sakini Yaqub Zalov paytaxt sakini Z.Vəliyeva (ad- soyad şərtidir) barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib ondan 5100 manat almışdır.

Ev oğrusunun üzərindən tiryək çıxdı

14 Mart 2018 15:22

Ağdaş rayonnda oğurluqla məşğul olan şəxs tutulub. DİN-dən “Olaylar”a verilən məlumata görə, Kriminalistik Tədqiqatlar İdarəsi və Ağdaş RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 29-da rayon ərazisindəki evlərin birindən televizor, soyuducu, paltaryuyan maşın, DVD, tozsoran, 5 çılçıraq, 2 kreslo, 2 xalça, 2 peyk antenası və digər məişət əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakini, quldurluq etdiyinə görə əvvəllər məhkum olunmuş Səbuhi Nəbiyev saxlanılıb.Üzərinə şəxsi baxış zamanı ondan 2,36 qram tiryək götürülüb.

Qobustanda maşın oğrusu saxlanıb

14 Mart 2018 15:20

Qobustan şəhərinin ərazisindən avtomobili qaçırmaqda şübhəli bilinən şəxs saxlanıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, martın 12-də Qobustan şəhərinin ərazisindən rayon sakini Tural Zahidova məxsus “Niva” markalı avtomobil qaçırılmış və həmin gün şəhərin ərazisində əzilmiş vəziyyətdə tapılıb.

“Teatr ruhu” əsəri təqdim edildi

14 Mart 2018 15:18

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Azərbaycanın tanınmış rəssamlarında biri, eyni zamanda Universitetin “Rəssamlıq” fakültəsinin Dizayn və dekorativ-tətbiqi sənət kafedrasının müəllimi olan Vüqar Əlinin “Teatr sənəti” fakültəsi üçün işlədiyi iki böyük həcmli tablonun və bir triptixin açılışı olub. Açılış Universitetin rektoru Fərəh xanım Əliyevanın sözləri ilə başlayıb. Universitetin prorektoru Validə xanım Məmmədova, görkəmli rəssam Arif Əziz və müəllifin çıxışları ilə davam edib. Rəssam “Teatr ruhu” adlı əsərini Azərbaycan teatr günü münasibəti ilə yaratmış və “Teatr sənəti” fakültəsinə hədiyyə edib.

Universitetində oftalmoloji müayinələr

14 Mart 2018 15:18

Bakı Dövlət Universitetində akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, AMEA-nın müxbir üzvü Elmar Qasımovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub. BDU-nun rektoru, akademik Abel Məhərrəmov gələn il 100 illik yubileyini qeyd edəcək bu qocaman ali təhsil ocağının ilk iki fakültəsindən birinin Tibb fakültəsi, 1922-ci ildə ali təhsil haqqında verilən ilk diplomun da məhz tibb ixtisası üzrə olduğunu nəzərə çatdırıb. Rektor Abel Məhərrəmov prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində ölkəmizdə səhiyyənin inkişafından danışıb.

Sosial şəbəkədə 200 nəfəri aldadaraq pulunu mənimsəyən şəxs tutulub

14 Mart 2018 15:15

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən informasiya texnologiyalarından istifadə edilməklə törədilən kibercinayətlərlə mübarizə, onların qarşısının alınması və ifşa edilməsi istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirilib.

Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlıq memorandumu imzaladı

14 Mart 2018 15:12

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Bakı Media Mərkəzi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Agentliyin Kommunikasiya və İnformasiya Texnologiyaları şöbəsindən “OLAYLAR”-a bildirilib ki, əməkdaşlıq memorandumuna əsasən, tərəflər qarşılıqlı əməkdaşlıq əlaqələrini inkişaf etdirmək və möhkəmləndirmək niyyətlərinə əsaslanaraq, ictimaiyyətlə əlaqələrin qurulması və idarə edilməsi, müxtəlif PR xarakterli layihələrin icra edilməsi, eləcə də Korporativ Sosial Məsuliyyət işinə töhfə vermək üçün müxtəlif birgə fəaliyyətlərinin təşkili məqsədi ilə razılığa gəliblər.

Bakıda “Nizami mədəni irsinin müasir dövrdə interpretasiyası” mövzusunda beynəlxalq konfrans keçirilib

14 Mart 2018 15:11

 VI Qlobal Bakı Forumu çərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Azərbaycan Müqayisəli Ədəbiyyat Assosiasiyasının birgə əməkdaşlığı ilə “Nizami mədəni irsinin müasir dövrdə interpretasiyası” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.