Gündəm

Daxili orqanında narkotik vasitələr keçirmək istədi

14 Mart 2018 15:01

Narkotik vasitələrin gömrük nəzarətindən yayınmaq üçün ən çirkin üsullardan istifadə etməklə ölkə ərazisinə gətirilməsilə bağlı daha bir fakt qeydə alınıb. Bu xoşagəlməz hal Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda baş verib.

Vergilər naziri Niderland səfiri ilə görüşüb

14 Mart 2018 15:00

Vergilər naziri Mikayıl Cabbarov Niderland Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Onno Kerverslə görüşüb. Nazirlikdən “Olaylar”a verilən məlumata görə, görüşdə iki ölkənin vergi orqanları arasında ikitərəfli əməkdaşlığın mövcud durumu, Vergilər Nazirliyi ilə Niderland Krallığının Vergi və Gömrük Administrasiyası arasında gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib. Görüş zamanı, Azərbaycanda fəaliyyət göstərən Niderland şirkətlərinin fəaliyyəti barədə də fikir mübadiləsi aparılıb.

Elmar Məmmədyarov İsveçrə Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri ilə görüşüb

14 Mart 2018 14:56

Xarici işlər naziri Elmar Məmmədyarov İsveçrə Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri və İsveçrə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Filippo Lombardi ilə görüşüb.

Keçən ay miqrasiya qanunvericiliyinin pozulması ilə bağlı 1585 qərar qəbul edilib

14 Mart 2018 14:53

Fevral ayı ərzində  Dövlət Miqrasiya Xidməti tərəfindən Azərbaycan Respublikasında miqrasiya sahəsində, o cümlədən inzibati qanunvericiliyin tələblərinin pozulması ilə bağlı 1585 qərar qəbul edilib. “OLAYLAR” Xidmətə istinadən xəbər verir ki, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin tələblərini pozmasına görə ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmamaqla inzibati cərimə tətbiq olunma ilə bağlı 900 qərar qəbul edilib ki, onlardan 712-si ölkəni tərk etmə barədə, 188-i ölkə ərazisində yaşamalarını qanuniləşdirmə ilə bağlı olub.

“Dərnəgül” Nəqliyyat Mübadilə Mərkəzi istifadəyə veriləcək

14 Mart 2018 14:51

Martın 17-də “Dərnəgül” Nəqliyyat Mübadilə Mərkəzi istifadəyə veriləcək. Bakı Nəqliyyat Agentliyindən “OLAYLAR”-a bildirilib ki, “Dərnəgül” Nəqliyyat Mübadilə Mərkəzinin fəaliyyətə başlaması ilə əsasən, ətraf kənd və qəsəbələrdən “Azadlıq prospekti” metrostansiyasına gələn marşrut xətlərinin son dayanacaq məntəqəsi dəyişdirilərək yeni mərkəzə köçürüləcək. Məqsəd, günün pik saatlarında metronun “Azadlıq prospekti” stansiyası ətrafında nəqliyyatın xaotik hərəkətinin qarşısını almaq və sıxlığı aradan qaldırmaqdır.

Çavuşoğlu: "ABŞ dövlət katibi vəzifəsini kim tutacağının bizim üçün fərqi yoxdur”

14 Mart 2018 14:39

"Türkiyə Suriyanın ərazi bütövlüyünü dəstəkləyir". Məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Moskvada rusiyalı həmkarı Sergey Lavrovla birgə keçirdiyi mətbuat konfransında bildirib.  O deyib ki, Suriyanın ərazi bütövlüyü həm Türkiyə, həm də Rusiya üçün önəmlidir: "Məqsədimiz Suriyanın Afrin bölgəsindən terrorçuların çıxarılmasıdır. YPG-yə ABŞ-ın silah yardımı etməsi qəbuledilməzdir”.

Türkiyə-ABŞ münasibətləri bir qədər də gərginləşə bilər

14 Mart 2018 14:37

Ağ Evə rəhbərlik etdiyi gündən atdığı qeyri-müəyyən və gözlənilməz addımları ilə amerikalıları “sürprizlər”lə qarşılaşdıran Donald Tramp təkcə daxili siyasətdə deyil, eyni ilə xarici siyasətdə də eyni gedişləri təkrarlayır.

Xaçmazda 10 yaşlı uşaq qardaşını güllələyib

14 Mart 2018 14:33

Xaçmaz rayonunda 10 yaşlı E.Şıxıyev tüfənglə ehtiyatsız davrandığından açılmış atəşlə qardaşına xəsarət yetirib. DİN-dən “Olaylar”a verilən məlumata görə, hadisə martın 13-də Xaçmaz rayonunun İlxıcı kəndində baş verib. Kənd sakini, 10 yaşlı Emil Şıxıyev yaşadığı evdə tüfənglə ehtiyatsız davrandığından açılmış atəşlə qardaşı, 13 yaşlı Rəvanın bud nahiyəsinə xəsarət yetirib. Xəstəxanaya yerləşdirilmiş yaralının vəziyyəti qənaətbəxşdir. Xaçmaz RPŞ-nin əməkdaşalrı tərəfindən hadisə yerindən müvafiq sənədləri olmayan “TOZ-20” markalı ov tüfəngi və giliz götürülüb.

Qida Təhlükəsizliyi ilə bağlı Dövlət Proqramı hazırlanır

14 Mart 2018 14:32

Azərbaycanda Qida Təhlükəsizliyi ilə bağlı Dövlət Proqramı hazırlanır. “Olaylar” xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bildirib. O, deyib ki, proqram yeddi illik dövrü əhatə edəcək: “Proqram qida zəncirinin bütün mərhələlərini özündə əks etdirəcək. Heyvandarlıq, quşçuluq sahəsində, kənd təsərrüfatında hazırlanan qidaların təhlükəsizliyi tədbirləri nəzərdə tutulur”.

Deputatımız Avropa Parlamentinin üzvləri ilə görüşəcək

14 Mart 2018 14:31

Milli Məclisin deputatı Cavanşir Feyziyev Avropa Parlamentinin üzvləri ilə görüşlər keçirmək məqsədilə Böyük Britaniyanın paytaxtı Londonda səfər edib. Milli Məclisdən “Olaylar”a verilən məlumata görə, millət vəkili martın 19-da Belçikanın paytaxtı Brüsselə yola düşəcək.

400 minlik toyu olan məmur qızı bu dəfə elə bir şəkil paylaşdı ki, gözlərinizə inanmayacaqsınız...- FOTO

14 Mart 2018 14:29

Lift idarəsinin keçmiş müdiri Qüdrət Şükürovun qızı Aysel Şükürova bu dəfə də film qəhrəmanına bənzədilib. Gənc bloger 2000-ci illərdə "Ay savaşçısı” multifilmindəki Usaki Tusukino obrazına bənzədilib.

Bayramı barmaqlıqlar ardında qeyd edəcək Fədayə Laçından XƏBƏR VAR - Ən böyük arzusu...

14 Mart 2018 14:27

Artıq 3 aydır ki, həbs həyatı yaşayan müğənni Fədayə Laçının bayram ərəfəsində həbs qəti imkan tədbirinin dəyişiləcəyi gözlənilirdi. Ancaq gözlənildiyi kimi olmadı. Müğənni bu bayramı da barmaqlıqlar arasında qeyd edəcək. 

Lavrov: “Türkiyənin S-400-lərin tez göndərilməsi ilə bağlı xahişinə müsbət baxırıq”

14 Mart 2018 14:24

“Türkiyənin S-400-lərin tez bir zamanda göndərilməsi ilə bağlı xahişinə biz müsbət reaksiya veririk”. Məlumata görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkar Mövlud Çavuşoğlu ilə keçirdiyi görüşün yekunlarına dair mətbuat konfransında bildirib. 

Azərbaycan prezidenti Türkiyə baş naziri ilə görüşüb

14 Mart 2018 14:22

Azərbaycan prezidenti İlham Əliyev Türkiyə baş naziri Binəli Yıldırım ilə görüşüb. Bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Ərdoğan İraqın şimalında antiterror əməliyyatı keçirəcəklərini bəyan edib

14 Mart 2018 14:20

“Suriyanın Afrin bölgəsində beton tunelləri kim tikib? PYD/YPG terrorçularının bu sistemli tunelləri tikəcək qədər ağılları yoxdur”. Məlumata görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.