Gündəm
Son on ildə Azərbaycan əsrlərə bərabər yol keçib
Ölkədə həyata keçirilən düşünülmüş sosial-iqtisadi siyasət Azərbaycanın bütün sahələrdə uğur əldə etməsilə nəticələnib. Təbii ki, əldə olunan bu inkişaf həm ölkəmizin güclənməsinə, həmçinin də insanların sosial-rifah halının daha da yaxşılaşmasına öz təsirini göstərib. Azərbaycan istənilən bir sahədə əldə etdiyi tərəqqiyə, inkişafa görə bölgənin lider, öndə olan dövlətidir.
Azərbaycana qarşı gizli şəbəkə, hiyləgər casuslar və...
Hakimiyyəti sərt tənqid edən və Avropada yaşayan hər adamı erməni şəbəkəsinə aid eləmirəm. Kimsə saxta sənədlərlə Avropaya mühacirət edibsə, bu o demək deyil ki, erməni şəbəkəsinin üzvüdür. Saxta sənədlər düzəldib orada öz yaşayışını təmin edən qrup var. Ona görə müxalifət mövqeyi tutublar ki, Avropada həyatlarını qura bilsinlər.
Bakıda 4 nazirin görüşü baş tutacaq
Bakı şəhərində Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu, İran xarici işlər naziri Məhəmməd Cavad Zərif, Gürcüstanın baş nazirinin müavini, xarici işlər naziri Mixeil Canelidzenin iştirakı ilə Azərbaycan-Türkiyə-İran-Gürcüstan xarici işlər nazirlərinin birinci dördtərəfli görüşü keçiriləcək.
Banklar vətəndaşları niyə aldadır?
Keçən ilin sonunda Beynəlxalq Bank maliyyə vəziyyətinin pisləşməsi səbəbindən vətəndaşların xarici valyutadakı əmanətləri üzrə faiz dərəcəsini qanunsuz olaraq birtərəfli qaydada 2 faizə endirdi. Buna görə də əmanətçilərin xeyli hissəsi əmanətlərini həmin bankdan geri götürdü. Lakin əmanətçilərin bir qismi isə məhkəməyə üz tutdu.
Azərbaycan Cümhuriyyəti müsəlman Şərqində yeganə parlamentli respublika idi
Azərbaycan xalq Cümhuriyyəti və onun Parlamenti çox çətin və mürəkkəb bir tarixi dövrdə meydana gəlmişdi. Rusiyada baş vermiş 1917-ci il fevral inqilabından sonra Zaqafqaziyda Dövlət Dumasına seçilmiş deputatlardan ibarət Zaqafqaziyanın idarəsi üzrə xüsusi komitə, noyabrda isə Zaqafqaziya Komissariatı yaradılır. Zaqafqaziyadan Rusiyanın Müəssisələr Məclisinə seçilmiş və bolşeviklərin oktyabr çevrilişindən sonra orada iştirak edə bilməyən nümayəndələri 1918-ci il fevralın 14-də Tiflisdə toplaşırlar və Zaqafqaziyada ali hakimiyyət orqanı olan Zaqafqaziya Seymini yaradırlar.
İnsanlar yalnız azərbaycanlı olduqlarına görə kütləvi surətdə qətlə yetirilirdi
Tarix boyu türklər və azərbaycanlıların qanına susamış erməni ideoloqları "Böyük Ermənistan" yaratmaq xülyasından ruhlanaraq 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçirdilər. Ermənilərin Bakıdan başlanan vəhşilikləri Azərbaycanı və indiki Ermənistan ərazisindəki Azərbaycan kəndlərini əhatə etdi.Yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə yeksan edildi, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirildi. Bu hadisələrin təşkilatçıları məsələnin mahiyyətinin açılmasına, ona düzgün hüquqi-siyasi qiymət verilməsinə maneçilik törədərək azərbaycanlıların mənfi obrazını yaratmaqla özlərinin qəsbkar torpaq iddialarını pərdələməyə çalışıblar.
Serj Sarkisyan müdafiə naziri ola bilər
Hakim Respublika Partiyasının bütün üzvləri əmindirlər ki, 9 apreldən sonra Serj Sərkisyan baş nazir olacaq. Bu barədə informasiyanı “Past” qəzeti yayıb. “Bütün fəaliyyətlər, açıq bəyanatlar buna işarə edir.
Ermənistanda milli azlıqlar ayağa qalxdı
Ermənistanda yaşayan milli azlıqlar yeni idarəetmə sistemindən və ölkədə baş verən dəyişikliklərdən narazıdırlar. Onlar öz şikayətlərini ölkə parlamentinin deputatlarına ünvanlanmış məktubda ifadə ediblər. Məktubda qeyd edilir ki, ölkənin parlament respublikasına keçidi milli azlıqların əldə etdiyi hüquq və imkanları məhdudlaşdıracaq.
Azərbaycanda güclü sosial müdafiə sistemi təmin olunub
Azərbaycanda xüsusi qayğıya ehtiyacı olan vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi dövlətin prioritet məsələlərindən hesab olunur. Etiraf edilməlidir ki, son 10 ildə vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılması, sosial müdafiə sisteminin möhkəmləndirilməsi, bu sahədə mövcud olan qanunvericiliyin beynəlxalq normalara uyğunlaşdırılması istiqamətində xeyli işlər görülüb.
Hava əsasən yağmursuz keçəcək
Bakıda və Abşeron yarımadasında martın 15-dəhava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Mülayim cənub küləyi əsəcək, gündüz arabir güclənəcək.
Binəli Yıldırımın Azərbaycana səfəri başlayıb
Türkiyənin baş naziri Binəli Yıldırım Azərbaycana gəlib. Heydər Əliyev Beynəlxalq Aeroportunda B. Yıldırımı xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral və digər şəxslər qarşılayıblar. Türkiyən baş nazirinin prezident İlham Əliyev, Milli Məclisin sədri Oqtay Əsədov, baş nazir Artur Rəsulzadə və digər rəsmi şəxslərlə görüşü nəzərdə tutulur. B.Yıldırım martın 15-18-də keçiriləcək VI Qlobal Bakı Forumuna da qatılacaq.
Merkel yenidən Almaniya kansleri seçildi
Almaniya parlamentinin deputatları səs çoxluğu ilə Angela Merkeli kansler vəzifəsinə təkrarən seçiblər. Məlumata görə, səsvermədə iştirak edən 688 deputatdan 364 nəfəri A.Merkelin lehinə səs verib.
Putinlə Ərdoğanın növbəti görüşünün vaxtı açıqlandı
Rusiya ilə regional məsələlərin həllində işbirliyimizi dərinləşdirmək üçün qarşılıqlı iradə mövcuddur". Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla görüşdə deyib. O, iki ölkənin dövlət başçılarının dövlətlərarası münasibətlərin və regional problemlərin həllində ortaq iradə göstərdiklərini söyləyib. M. Çavuşoğlu aprelin 3-də Ankarada dövlət başçılarının iştirakı ilə Türkiyə-Rusiya Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasının keçiriləcəyini açıqlayıb: "Bugünki görüş də məhz bu toplantının keçirilməsinə hazırlıq məqsədi daşıyır".
Azərbaycanın şərəfli tarixi
Bu il Azərbaycanın tarixində bir çox əlamətdar hadisələrlə yadda qalan il olacaq. Bir ay sonra ölkədə baş tutacaq prezident seçkiləri, Azərbaycan Xalq Cümhuriyyətinin elanın 100 illiyi, Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100-cü ildönümü, eləcə də il ərzində baş tutacaq bir çox mühüm hadisələr 2018-ci ilə öz damğasını vuracaq.
“Hücumu elə təşkil etməliyik ki, işğalçı Ermənistanın Qarabağ haqqında düşünməyə vaxtı olmasın”
Qərbdə, Avropada, elə Birləşmiş Ştatların özündə erməni sevgisi yenidən baş qaldırıb. Azərbaycana qarşı ədalətsiz davranış, qeyri-obyektiv yanaşma fonunda baş verən bu erməni sevgisi işğalçı ölkəyə daha da qol-qanad verir, onun işğalçılıq, separatizm siyasətinə dəstək mövqeyini ortaya qoyur. Bu günlərdə Azərbaycanın işğal altında olan ərazilərində yaradılmış separatçı Dağlıq Qarabağ rejiminin rəhbəri Bako Saakyanın Birıləşmiş Ştatlara səfər etməsi, separatçı liderin Amerika Konqersində görüşlər keçirməsi, bir neçə Avropa ölkəsində qondarma erməni soyqırımı ilə bağlı muzeylərin açılması, eləcə də Avropanın bəzi şəhərləri ilə erməni işğalı altında olan ərazilərimizin qardaşlamış şəhər elan olunması deyilənlərin əyani sübutudur. Müşahidə etdiyimiz mənzərə ondan ibarətdir ki, Azərbaycan yenə beynəlxalq aləm tərəfindən haqsızlıq ədalətsizliklə qarşı-qarşıyadır.








.jpg)





