“Hücumu elə təşkil etməliyik ki, işğalçı Ermənistanın Qarabağ haqqında düşünməyə vaxtı olmasın”

Qərbdə, Avropada, elə Birləşmiş Ştatların özündə erməni sevgisi yenidən baş qaldırıb. Azərbaycana qarşı ədalətsiz davranış, qeyri-obyektiv yanaşma fonunda baş verən bu erməni sevgisi işğalçı ölkəyə daha da qol-qanad verir, onun işğalçılıq, separatizm siyasətinə dəstək mövqeyini ortaya qoyur. Bu günlərdə Azərbaycanın işğal altında olan ərazilərində yaradılmış separatçı Dağlıq Qarabağ rejiminin rəhbəri Bako Saakyanın Birıləşmiş Ştatlara səfər etməsi, separatçı liderin Amerika Konqersində görüşlər keçirməsi, bir neçə Avropa ölkəsində qondarma erməni soyqırımı ilə bağlı muzeylərin açılması, eləcə də Avropanın bəzi şəhərləri ilə erməni işğalı altında olan ərazilərimizin qardaşlamış şəhər elan olunması deyilənlərin əyani sübutudur. Müşahidə etdiyimiz mənzərə ondan ibarətdir ki, Azərbaycan yenə beynəlxalq aləm tərəfindən haqsızlıq ədalətsizliklə qarşı-qarşıyadır.

Rəşad Quliyev: "Qərbi Azərbaycan torpaqlarına soydaşlarımızın qaytarılması məsələsini qaldıraraq hücumu artıq Qərbi Azərbaycan müstəvisinə qaldırmalıyıq və onlara gözləmədikləri mövqedən zərbə endirməliyik"

Qərbdə, Avropada, elə Birləşmiş Ştatların özündə erməni sevgisi yenidən baş qaldırıb. Azərbaycana qarşı ədalətsiz davranış, qeyri-obyektiv yanaşma fonunda baş verən bu erməni sevgisi işğalçı ölkəyə daha da qol-qanad verir, onun işğalçılıq, separatizm siyasətinə dəstək mövqeyini ortaya qoyur. Bu günlərdə Azərbaycanın işğal altında olan ərazilərində yaradılmış separatçı Dağlıq Qarabağ rejiminin rəhbəri Bako Saakyanın Birıləşmiş Ştatlara səfər etməsi, separatçı liderin Amerika Konqersində görüşlər keçirməsi, bir neçə Avropa ölkəsində qondarma erməni soyqırımı ilə bağlı muzeylərin açılması, eləcə də Avropanın bəzi şəhərləri ilə erməni işğalı altında olan ərazilərimizin qardaşlamış şəhər elan olunması deyilənlərin əyani sübutudur. Müşahidə etdiyimiz mənzərə ondan ibarətdir ki, Azərbaycan yenə beynəlxalq aləm tərəfindən haqsızlıq ədalətsizliklə qarşı-qarşıyadır. Əslində rəsmi Bakı müstəqillik əldə etdiyi ilk gündən bu davranış, münasibətlə üzləşir. Lakin son illərdə Avropanın Azərbaycana olan ehtiyacının kifayət qədər artması və qoca qitınin enrji təhlükəsizliyinin təminatında Azərbaycanın önəmli yerə sahib olması belə qənaət formalaşdırırdı ki, Avropa, Qərb tədricən ədalətsiz davranışlarından əl çəkəcək, Azərbaycana hörmətlə yanaşacaq. Ancaq göründüyü kimi gözləntilər özünü doğrultmur. Və qoca qitədən sərgilənən belə bir münasibət acı təəssüf hissi doğurur.

Azərbaycana qarşı sərgilənən bu qeyri-obyektiv davranış və münasibət dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən diaspor təşkilatlarımız tərəfindən də yaxından izlənilir, bu kimi mənfi tendensiyalara qarşı kəskin əks reaksiya ifadə edilir. Ancaq bir məqamı acı təəssüf hissi ilə qeyd edə bilərik ki, diasporumuzun Azərbaycana qarşı ədalətsizliklərə olan əks reaksiyası heç də bir çox hallarda effektli alınmır. Avropada, Qərbdə səsimizin gur çıxmaması isə Bakıya qarşı ədalətsizliklərin sayının artmasına, onlara yenilərinin əlavə olunmasına yol açır. Elə Dünya Azərbaycanlıları Assambleyasının prezidenti Rəşad Quliyev də bu qənaətdədir. Qərbdə, Avropada Azərbaycana qarşı artan haqsız münasibətlərə kəskin etirazını bildirən Rəşad Quliyev deyir ki, hər gün haqsızlıqla üz-üzəyik. Onun sözlərinə görə, Dağlıq Qarabağ Ermənistan tərəfindən rəsmən işğal olunub və bunu bütün beynəlxalq qurumlar bilir, öz bəyanatlarında, açıqlamalarında deyirlər: "Amma konkret addımlar atılmır. Bunun əvəzində Birləşmiş Ştatlar işğalçı və cani qondarma prezident Bako Saakyanın okeanın o tayına səfərinə şərait yaradır. Avropanın bir sıra ölkələri qondarma respublikanın rəhbərliyinə təmsilçiliklər açmağa icazə verib. Müraciət edib etiraz etdiyimizdə, bu bir qeyri hökumət təşkilatıdır deyib özlərini müdafiə edirlər". Rəşad Quliyev hesab edir ki, demokratiya donunu geyinən Avropa Birliyi birmənalı olaraq qondarma rejimləri öz ərazisində qadağan etməlidir. Əks halda Avropa Birliyi ilə ticari, siyasi əməkdaşlıqlar göz önünə gətirilməlidir: "Bu günlərdə isə Fransanın 13-ə yaxın şəhər, kənd , qəsəbə bələdiyyələri qondarma respublikanın Bendnazor adlandırdığı (Laçın) , Xankəndi, Şuşa ilə dostlaşmış şəhərlər müqavilələri imzalayıblar".Dünya Azərbaycanlıları Assambleyasının prezidenti deyir ki, Azərbaycan, azərbaycanlılara qarşı haqsızlıq təkcə Qərbdə, Avropada mövcud deyil. Eyni zamanda Azərbaycanın yaxın qonşuları da ölkəmizə qarşı qeyri-obyektiv, ədalətsiz davranış sərgiləyirlər: " İran İslam Respublikası adlanan ölkədə yaşayan əhalinin yarıdan çoxunu azərbaycanlıları təşkil edir. Milli çoxluq olan bir xalqın dil, mədəni hüquqları əlindən alınıb. Molla rejimi xalqımın bütün haqqını əlindən alaraq mənəvi terror siyasəti həyata keçirir. Borçalıda yaşayan həmyerlilərimizin bir çox problemləri çözülməməkdədir. Tarixi Zəngəzur torpaqlarında işğalçı rejimin hakimiyyəti zorla , hərbu güclə bərqərrar edilib".

Rəşad Quliyev Azərbaycana qarşı nümayiş olunan ədalətsiz davranışlara göstərilə biləcək adekvat reaksiyalardan da danışıb. Onun sözlərinə görə, biz hücumu elə təşkil etməliyik ki, işğalçı Ermənistanın Qarabağ haqqında düşünməyə vaxtı olmasın: "Qərbi Azərbaycan torpaqlarına soydaşlarımızın qaytarılması məsələsini qaldıraraq hücumu artıq Qərbi Azərbaycan müstəvisinə qaldırmalıyıq və onlara gözləmədikləri mövqedən zərbə endirməliyik. Dünyada media sahəsində problemimiz var. İnformasiya müharibəsində hələ ki axsaqlıqlarımız mövcuddur. Mən Avropadan, Amerikadan, Rusiyadan demiyəcəm , çünki buralar məlumdur. Heç ağlınıza gəlməyəcək Uruqvaydan misal gətirərək problemə güzgü tutacam. Yalnız Uruqvayda erməni diasporasının 3 telekanalı və bir radiosu var. Artıq şərhə ehtiyac varmı? Ancaq bunları nə cür edə bilərik? Çıxış yolunu nədə görürsüz?Birlik , birlik və birlik. Bütün qüvvələr bizim bu çağırışımıza qoşularaq bu yöndə konkret addımlar atmalıyıq. Yetər deməli, milli qüvvələrin birliyinə nail olmalıyıq".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31