Gündəm
"Qalatasaray" "Mançester"in ulduzunu aldı - İDDİA
Saç stili ilə gündəm olan “Mançester Yunayted”in ulduz futbolçusu Maroin Fellaini Türkiyə Superliqasında çıxış edəcəyi iddia edilib. Futbolçunun “Qalatasaray” klubu ilə 3 illik razılaşma əldə etdiyi qeyd olunub.
Məşhəddə içkili qonaqlıq: yarıçılpaq 60 qız və oğlan…
İranın müqəddəs şəhəri Məşhəddə polis çərşənbə qonaqlığına basqın edib. Martın 13-də axşam saatlarında Məşhədin əxlaq təhlükəsizliyi polisinin əməkdaşlarının keçirdiyi əməliyatda şəhərətrafı bağ evinlərindən birində 60 qız və oğlan yarıçılpaq və içkili halda həbs olunublar.
"Qarabağ" futbol klubunun BAŞ MƏŞQÇİSİ QOVULDU
Avstriyada fəaliyyət göstərən "Qarabağ Vyana” futbol klubunun baş məşqçisi Volkan Kahraman istefaya göndərilib. Bu barədə klubun rəsmi feysbuk səhifəsində məlumat verilib. Məlumata görə, qərar qarşılıqlı razılaşma əsasında əldə edilib.
Fransız polisi PKK-çını al-qana boyadı
Türkiyə Silahlı Qüvvələri Afrini mühasirəyə aldığını açıqladıqdan sonra Avropanın bir çox yerlərində PKK tərəfdarları etiraz aksiyalarına başlayıb.
Amerikanın Bakıdan verilən notaya ikili yanaşması
“Qarabağ separtçılarının terrorçu başçısı Bako Saakyanın ABŞ-a səfəri və tədbirlərə qatıldığına görə, Azərbaycanın bu ölkəyə verdiyi notaya Amerikanın Bakıdakı səfirliyinin verdiyi cavab ikili standartlara əsaslanır”.
Birinci sinfə qəbul üzrə 37 319-dan çox sorğu yerləşdirilib
Martın 14-nə olan məlumata əsasən, elektron sistem (mektebeqebul.edu.az) vasitəsilə paytaxt məktəblərinin I sinfinə qəbul üçün 37 319 sorğu yerləşdirilib. “OLAYLAR”-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, onlardan 34 428-i ümumi təhsil məktəblərini, 2 891-i isə lisey və gimnaziyaları seçib. Bu göstərici paytaxtdakı dövlət ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulu proqnozunun təxminən 75 faizindən çoxdur.
Azərbaycan təmsilçiləri Türkiyədə 11 medal qazanıb
Türkiyənin İstanbul şəhərində karate idman növü üzrə beynəlxalq turnir keçirilib. “OLAYLAR” xəbər verir ki, 26 ölkədən 1682 idmançının qatıldığı turnirdə “Təhsil” Respublika İdman Mərkəzinin yığma komandası 20 idmançı ilə təmsil olunub.
Mühasibat otağından pul oğurlayan tutulub
Sumqayıtda dövlət müəssisəsindən oğurluq olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Sumqayıt şəhər sakini T.Novruzovanın içərisində 2000 manat və sənəd olan çantasını oğurladığına görə tutulmuş Hicran Qurbanovun ətrafında Sumqayıt polisi tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun yanvarın 18-dən fevralın 20-dək olan müddətdə A.Alıyarovaya məxsus çantadan, şəhər Memarlıq və Şəhərsalma İdarəsinin mühasibat otağından pul oğurlaması da müəyyən edilib.
Yeddi dövlət orqanı işçi axtarır
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən martın 14-dən yeddi dövlət orqanında inzibati vəzifələrin A və B növü üzrə 24 vakant vəzifənin tutulması üçün ümumi müsahibə elan edilib. DİM-dən “Olaylar”a verilən məlumata görə, ümumi müsahibəyə çıxarılan vəzifələrdən beşi A növü – inzibati rəhbər vəzifələr üzrə (Əmlak Məsələləri Dövlət Komitəsi – üç vəzifə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi – bir vəzifə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi – bir vəzifə), 19-u isə B növü – inzibati icraçı vəzifələr üzrə olmaqla (Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi – bir vəzifə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi – üç vəzifə, Əmlak Məsələləri Dövlət Komitəsi – altı vəzifə, Mədəniyyət və Turizm Nazirliyi – bir vəzifə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi – altı vəzifə və Kəlbəcər Rayon Məhkəməsi – iki vəzifə) mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatlarında, tabeliyində olan qurumlarında, yerli təşkilatlarında və rayon məhkəmələrindədir.
Təyyarə qəzası ilə bağlı ŞOK-DNT testi ortaya çıxardı ki, cəsədlərdən biri ... VİDEO
Dubaydan İstanbula uçan Türkiyəyə məxsus özəl təyyarənin qəzaya uğraması nəticəsində 11 nəfərin həlak olması barədə məlumat vermişdik. İran tərəfi bazar günü Tehranın cənubunda qəzaya uğrayan Türkiyəyə aid təyyarədə həlak olanlar üzərində aparılan DNT testi sonrası cəsədlərin, sadəcə, 10 şəxsə aid olduğu açıqlanıb. Açıqlamada pilot Beril Gebeşin adı çəkilməyib. Həlak olan 10 nəfərin adı: Mina Başaran, Sinem Akay, Jasmin Baruh Siloni, Burcu Gündoğan Urfalı, Liana Hananel, Ayşe And, Asligül İzmirli, Zeynep Coşkun, Melike Kuvvet, Eda Uslu...
Nazim İbrahimov: “Qlobal Bakı Forumu Azərbaycana qarşı qarayaxma kampaniyasını alt-üst edəcək”
"Bakıda keçiriləcək VI Qlobal Forum Azərbaycana qarşı indiyə qədər dünya miqyasında üzdəniraq düşmənlərin apardığı qarayaxma kampaniyasını alt-üst edəcək, bura gələn dünya miqyaslı liderlər Azərbaycanla bağlı ən xoş təəssüratla ayrılacaqlar". Məlumata görə, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov bildirib.
Beynəlxalq ekspertlər Bakıda toplaşdı, maliyyə cinayətləri ilə mübarizə müzakirə olundu
Nüfuzlu maliyyə və ticarət təşkilatı olan Amerika Banklar Assosiasiyası (BAFT) 13 mart tarixində Bakıda “Financial Crime Compliance Workshop 2018” adlı maliyyə cinayətləri ilə mübarizəyə həsr olunmuş seminar keçirib.
Xoşqədəm ilə Şəfiqə Nağıyevanın efirdə sözü düz gəlmədi - QALMAQAL- VİDEO
Verilişə gələn qonağa görə, Xoşqədəmlə hüquqşünas arasında qalmaqal yaranıb. Ötən gün Xəzər Tv-nin efirində aparıcı Xoşqədəm Hidayətqızı ilə hüquqşünas Şəfiqə Nağıyeva arasında mübahisə yaranıb. Belə ki, efirə gələn cütlük 3 övladları olmasına baxmayaraq boşanmaq qərarına gəliblər.
Direktor şagirdi döydü: polis təsdiqlədi, rəisi isə..
Məktəb direktoru və direktor müavini tərəfindən məktəbli formasının üzərindən jilet geyinmədiyinə görə döyüldüyü iddia edilən 9-cu sinif şagirdinin işi prokurorluğa göndərilib.
“Artıq dünya bilir ki, 1918-ci il martın 31-də nə baş verib”
Ermənilər uydurma soyqırım ideyalarını dünya ictimaiyyətinin diqqətinə çatdırır, bu istiqamətdə iş aparır. Biz isə faktiki olaraq bir neçə ildir ki, 31 mart soyqırımı məsələsini qaldırmışıq.











.jpg)


