Məşhəddə içkili qonaqlıq: yarıçılpaq 60 qız və oğlan…

İranın müqəddəs şəhəri Məşhəddə polis çərşənbə qonaqlığına basqın edib. Martın 13-də axşam saatlarında Məşhədin əxlaq təhlükəsizliyi polisinin əməkdaşlarının keçirdiyi əməliyatda şəhərətrafı bağ evinlərindən birində 60 qız və oğlan yarıçılpaq və içkili halda həbs olunublar.

İranın müqəddəs şəhəri Məşhəddə polis çərşənbə qonaqlığına basqın edib. Martın 13-də axşam saatlarında Məşhədin əxlaq təhlükəsizliyi polisinin əməkdaşlarının keçirdiyi əməliyatda şəhərətrafı bağ evinlərindən birində 60 qız və oğlan yarıçılpaq və içkili halda həbs olunublar. Həbs olunanlardan 38-i qadın, 22-si kişidir. Evdə aparılan axtarışlar nəticəsində oradan alkoqollu içkilər, musiqi alətləri, həmçinin 20 avtomobil aşkarlanaraq müsadirə olunub.

Qeyd edək ki, dünən İranda keçirilən çərşəbə mərasimlərində 4 nəfər ölüb, 2082 nəfər isə yaralanıb. Axar.az İran mətbuatına istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31