Birinci sinfə qəbul üzrə 37 319-dan çox sorğu yerləşdirilib
Martın 14-nə olan məlumata əsasən, elektron sistem (mektebeqebul.edu.az) vasitəsilə paytaxt məktəblərinin I sinfinə qəbul üçün 37 319 sorğu yerləşdirilib. “OLAYLAR”-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, onlardan 34 428-i ümumi təhsil məktəblərini, 2 891-i isə lisey və gimnaziyaları seçib. Bu göstərici paytaxtdakı dövlət ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulu proqnozunun təxminən 75 faizindən çoxdur.
14 Mart 2018 13:04 SosialMartın 14-nə olan məlumata əsasən, elektron sistem (mektebeqebul.edu.az) vasitəsilə paytaxt məktəblərinin I sinfinə qəbul üçün 37 319 sorğu yerləşdirilib. "OLAYLAR"-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, onlardan 34 428-i ümumi təhsil məktəblərini, 2 891-i isə lisey və gimnaziyaları seçib. Bu göstərici paytaxtdakı dövlət ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulu proqnozunun təxminən 75 faizindən çoxdur.
Bu il ilk dəfə olaraq, məktəbəhazırlıq qrupunda təhsil alan uşaqlar üçün sistem tərəfindən təhsil aldığı məktəb və müəllim avtomatik seçilib. Məhz bu qaydanın tətbiqi məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların valideynlərini əlavə qayğılardan azad edib. Belə ki, məktəbəhazırlıq qruplarındakı 24 000-dən çox uşaq avtomatık I sinfə qəbul üzrə qeydə alınıb. Odur ki, məktəbəhazırlıq qrupunda oxuyan uşaq üçün yenidən I sinfə qəbul üzrə sorğu yerləşdirməyə ehtiyac yoxdur.
Qeyd edək ki, 2018-2019-cu tədris ili üçün Sumqayıt, Gəncə şəhərləri və Abşeron rayonlarında da uşaqların I sinfə qəbulu elektron qaydada aparılır. Bu rayon və şəhərlərdə ərizələrin onlayn qeydiyyatı prosesinə martın 12-dən start verilib.