Gündəm
Yaponiya tarixində ən böyük xəzinə tapılıb
Yaponiyanın Saytama prefekturasının Hasuda şəhərində pul xəzinəsi tapılıb. Məlumata görə, bunun ölkə tarixində tapılmış ən böyük xəzinə olduğu bildirilib. Məlumata görə, 260 min ədəd mis sikkə gil səhəngdə olub.
Hərbi Prokurorluq Azərbaycan ərazilərinin işğalı nəticəsində dəymiş maddi ziyanı açıqladı - 818 milyard 880 milyon dollar
İlkin hesablamalara görə, Azərbaycan ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalı nəticəsində dəymiş maddi ziyan 818 milyard 880 milyon ABŞ dolları təşkil edir.
Tramp kosmik ordu yaradır
ABŞ prezidenti Donald Tramp ölkədə yeni qoşun növünün – kosmik qoşunların yaradılmasının mümkün olduğunu deyib. Məlumata görə, bu barədə ABŞ lideri Kaliforniyada çıxış edərkən bəyan edib.
Ərdoğan: "Afrində zərərsizləşdirilən terrorçuların sayı 3400 nəfərə çatıb"
Türkiyə Ordusunun Suriyanın Afrin bölgəsində zərərsizləşdirdiyi terrorçuların sayı 3400 nəfərə çatıb. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. "Zeytun budağı" əməliyyatının başlanğıcından bu günə kimi Afrində 3400 terrorçu zərərsizləşdirilib", - deyə Ərdoğan bildirib. Onun sözlərinə görə, Türkiyə Hərbi Qüvvələri heç vaxt dinc sakinləri hədəf seçməyiblər. "Əgər Türkiyə Hərbi Qüvvələri dinc sakinlərin təhlükəsizliyinin qayğısına qalmasaydı, Afrin çoxdan alınmışdı", - deyə Türkiyə prezidenti vurğulayıb.
Səudiyyəli şahzadə London aeroportunda intihar etdi- VİDEO
Səudiyyəli şahzadə Bandar bin Xalid Əbdül Əziz əl-Səud London hava limanında intihar edib. Şahzadə mühafizəçilərin onu deportasiya etmək üçün güc tətbiq etdikləri zaman özünü eyvandan atıb.
Binəli Yıldırım: "Türkiyə-Azərbaycan əməkdaşlığı regionun inkişafına yönəlib"
Türkiyə və Azərbaycanın əməkdaşlığı bütün regionun inkişafına yönəlib. Məlumata görə, bunu Türkiyənin Baş naziri Binəli Yıldırım Azərbaycana səfəri ərəfəsində deyib. Baş nazir bildirib ki, Bakı və Ankara arasında münasibətlər regionun təhlükəsizliyinin təmin olunmasına da istiqamətlənib.
Məşhur azərbaycanlı müğənninin apardığı toyda QƏTL - Bıçağı çıxardıb vurdu - VİDEO
Ötən gün "5/5" verilişinin qonağı olan Qədir Qızılsəs toyda başına gələn bir neçə qəribə hadisədən danışıb. Müğənni təxminən 20 il əvvəl idarə etdiyi toyda ona mahnı sifariş edən şəxsin naməlum şəxs tərəfindən bıçaqlandığını deyib.
“Anayam, mənə belə suallar verməyin” – Flora Kərimova KÖVRƏLDİ
Azərbaycanın Xalq Artisti Flora Kərimova da Novruz Bayramının gəlişini gözləyir. Vətəndən kənarda olan övladları hər bayram olduğu kimi bu dəfə də analarına baş çəkəcəklərini deyiblər. Müğənni bayramı necə qeyd edəcəyindən danışıb: "Balalarımı - oğlumla qızımı gözləyirəm. Söz veriblər, Novruz bayramında gələcəklər. Anayam, övladlarımdan söz düşəndə kövrəlirəm. Mənə belə suallar verməyin. Bu bayramda onların yolunu gözləyirəm. Bayramı onlarla birgə Bakıda qeyd edəcəyik. Başqa yerə getməyə halım da yoxdur”.
Yaqub Mahmudov: "Bizi ermənifobiyada ittiham edirlər"
"Bu gün bəzi qüvvələr Tarix İnstitutunun fəaliyyətini kölgə altına salırlar. Sosial şəbəkələrdə yazırlar ki, Tarix Institutu yalnız soyqırımları araşdırmaqla məşğuldur. Bizə qara yaxanlar Tarix Institutunu ermənifobiyada ittiham edirlər".
Nəsimi rayonunda növbəti “Abad həyət” sakinlərin istifadəsinə verilib
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin əhalinin məşğulluq səviyyəsinin, işgüzarlıq fəaliyyətinin artırılması və maddi rifahının yüksəldilməsi, kiçik və orta sahibkarlığın inkişafı üçün münbit şəraitin yaradılması, abadlıq-quruculuq işlərinin davam etdirilməsi istiqamətində verdiyi tapşırıqların yerinə yetirilməsi ilə bağlı yerli infrastruktur layihələrin icra olunması məqsədilə Bakı şəhəri Nəsimi rayonunda bir sıra işlər həyata keçirilmiş və hazırda növbəti layihələr reallaşdırılmaqdadır.
Vergilər Nazirliyinin rəhbərliyi sahibkarlarla görüşüb
Vergi ödəyiciləri ilə vergi orqanları arasında qarşılıqlı etimadın yüksəldilməsi, şəffaflığın təmin edilməsi, idarəetmə prinsiplərinin yenidən təşkili və gələcək iş fəaliyyətinin əsas istiqamətlərinin vergi orqanları əməkdaşlarına və sahibkarlara çatdırılması məqsədilə mart ayının 5-dən 9-dək vergi xidməti əməkdaşları və iş adamları ilə görüşlər keçirilib.
Nəsimi rayon məktəbliləri Naxçıvana səfərə hazırlaşırlar
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” devizi ilə yeniyetmələrin respublikamızın müxtəlif rayonları ilə tanışlığı üçün təşkil olunmuş maarifləndirici tur-aksiya çərçivəsində Nəsimi rayonundan olan məktəblilərlə görüş keçirilib.
Seçkiləri izləmək üçün Azərbaycan Avropa Parlamentinə müraciət etməyib
Bəzi media qurumlarında Avropa Parlamentinin Azərbaycanda keçiriləcək prezident seçkilərində müşahidəçi qismində iştirak etməyəcəyi ilə əlaqəli məlumatlar yayılıb. Məlumatda bildirilir ki, guya, bu barədə Avropa Parlamentinin demokratiyaya dəstək və seçki koordinasiya qrupunun həmsədrləri Makallister və Makavan bəyanat yayıb. Yayılan məlumatlara əsasən, Avropa parlamentinin seçkilərdə iştirak etməyəcəyi ilə əlaqədar qurum nə prosesi, nə də onun nəticələrini şərh edəcək.
Seda Sayanla Hülya Avşarı birləşdirən SEVGİLİ KİMDİR?
Məşhur türkiyəli müğənni Seda Sayanın yeni sevgilisinin kimliyi məlum olub. Olaylar.az bildirir ki, Seda Sayan həmkarı Hulya Avşarın keçmiş sevgilisi olan işadamı Ali Güvənlə eşq yaşayır. Hülya Avşarla sevgili olduqdan sonra məşhurlaşan Ali Güvən İtaliyada ailə qurmuşdu və evliliyi 3 il davam edib.
İran Prezidenti Azərbaycan nümayəndə heyətini qəbul edib
İran İslam Respublikasının Prezidenti Həsən Ruhani bu ölkədə səfərdə olan Azərbaycanın İqtisadiyyat naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayevi qəbul edib.














