Ərdoğan: "Afrində zərərsizləşdirilən terrorçuların sayı 3400 nəfərə çatıb"

Türkiyə Ordusunun Suriyanın Afrin bölgəsində zərərsizləşdirdiyi terrorçuların sayı 3400 nəfərə çatıb. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. "Zeytun budağı" əməliyyatının başlanğıcından bu günə kimi Afrində 3400 terrorçu zərərsizləşdirilib", - deyə Ərdoğan bildirib. Onun sözlərinə görə, Türkiyə Hərbi Qüvvələri heç vaxt dinc sakinləri hədəf seçməyiblər. "Əgər Türkiyə Hərbi Qüvvələri dinc sakinlərin təhlükəsizliyinin qayğısına qalmasaydı, Afrin çoxdan alınmışdı", - deyə Türkiyə prezidenti vurğulayıb.

Xatırladaq ki, Türkiyə Hərbi Qüvvələri Afrində "Zeytun budağı" əməliyyatına bu ilin 20 yanvarında başlayıb. Əməliyyatda məqsəd bölgəni PKK-nın Suriya qolu olan PYD terrorçularından təmizləməkdir. Report.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31