“Artıq dünya bilir ki, 1918-ci il martın 31-də nə baş verib”

Ermənilər uydurma soyqırım ideyalarını  dünya ictimaiyyətinin diqqətinə çatdırır, bu istiqamətdə iş aparır. Biz isə faktiki olaraq bir neçə ildir ki, 31 mart soyqırımı məsələsini qaldırmışıq.

Ermənilər uydurma soyqırım ideyalarını  dünya ictimaiyyətinin diqqətinə çatdırır, bu istiqamətdə iş aparır. Biz isə faktiki olaraq bir neçə ildir ki, 31 mart soyqırımı məsələsini qaldırmışıq.

Bu fikirləri açıqlamasında politoloq, Qərbi Kaspi Universitetinin professoru Fikrət Sadıqov deyib. Politoloq bildirib ki, artıq 31 mart soyqırımının dünya ictimaiyyətinin diqqətinə çatdırılması ilə bağlı bir çox addımlar atılıb: "Artıq dünya bilir ki, 1918-ci il martın 31-də nə baş verib, ermənilər azərbaycanlılara hansı işgəncələri verib. Bu barədə kitablar yazılıb, filmlər çəkilib". F. Sadıqov hesab edir ki, bu istiqamətdə mütəmadi fəaliyyət göstərmək lazımdır: "Düşünürəm ki, 31 mart həqiqətlərini daha geniş auditoriyaya çatdırmaq üçün daha çox film çəkilməli, sərgilər keçirilməlidir". Azadinform.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31