Serj Sarkisyan müdafiə naziri ola bilər

Hakim Respublika Partiyasının bütün üzvləri əmindirlər ki, 9 apreldən sonra Serj Sərkisyan baş nazir olacaq. Bu barədə informasiyanı “Past” qəzeti yayıb. “Bütün fəaliyyətlər, açıq bəyanatlar buna işarə edir.

Hakim Respublika Partiyasının bütün üzvləri əmindirlər ki, 9 apreldən sonra Serj Sarkisyan baş nazir olacaq. Bu barədə informasiyanı "Past" qəzeti yayıb. "Bütün fəaliyyətlər, açıq bəyanatlar buna işarə edir. Bizim mənbələrimizin informasiyasına əsasən isə məsələ hələ tam həll edilməyib. Mənbəmiz bildirir ki, hakimiyyətin ən yüksək nöqtələrində Serj Sarkisyanın müdafiə naziri təyin edilməsi məsələsi müzakirə olunur. Müdafiə naziri olacağı təqdirdə belə Sərkisyan hakim partiyanın rəhbəri olacaq və ölkədəki ən nüfuzlu şəxs sayılacaq", - deyə qəzet bildirib. Axar.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31