Çavuşoğlu: "ABŞ dövlət katibi vəzifəsini kim tutacağının bizim üçün fərqi yoxdur”
"Türkiyə Suriyanın ərazi bütövlüyünü dəstəkləyir". Məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Moskvada rusiyalı həmkarı Sergey Lavrovla birgə keçirdiyi mətbuat konfransında bildirib. O deyib ki, Suriyanın ərazi bütövlüyü həm Türkiyə, həm də Rusiya üçün önəmlidir: "Məqsədimiz Suriyanın Afrin bölgəsindən terrorçuların çıxarılmasıdır. YPG-yə ABŞ-ın silah yardımı etməsi qəbuledilməzdir”.
14 Mart 2018 14:39 Dünya"Türkiyə Suriyanın ərazi bütövlüyünü dəstəkləyir". Məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Moskvada rusiyalı həmkarı Sergey Lavrovla birgə keçirdiyi mətbuat konfransında bildirib. O deyib ki, Suriyanın ərazi bütövlüyü həm Türkiyə, həm də Rusiya üçün önəmlidir: "Məqsədimiz Suriyanın Afrin bölgəsindən terrorçuların çıxarılmasıdır. YPG-yə ABŞ-ın silah yardımı etməsi qəbuledilməzdir".
M. Çavuşoğli ölkəsinin ABŞ-la münasibətlərinə və dövlət katibi Reks Tillersonun vəzifəsindən uzaqlaşdırılmasına da münasibət bildirib: "Türkiyə ilə ABŞ arasındakı münasibətlər çətin dövrünü yaşayır. Lakin bütün bunlara baxmayaraq, biz ABŞ-la dialoqu davam etdiririk. Bizim üçün fərqi yoxdur ABŞ dövlət katibi vəzifəsini kim tutacaq. Biz ABŞ-la əməkdaşlığı davam etdirmək marağındayıq". Apa.az