Türkiyə-ABŞ münasibətləri bir qədər də gərginləşə bilər
Ağ Evə rəhbərlik etdiyi gündən atdığı qeyri-müəyyən və gözlənilməz addımları ilə amerikalıları “sürprizlər”lə qarşılaşdıran Donald Tramp təkcə daxili siyasətdə deyil, eyni ilə xarici siyasətdə də eyni gedişləri təkrarlayır.
14 Mart 2018 14:37 DünyaSəbəb Türkiyəyə mənfi münasibəti olan birisinin dövlət katibi təyin olunmasıdır
Ağ Evə rəhbərlik etdiyi gündən atdığı qeyri-müəyyən və gözlənilməz addımları ilə amerikalıları "sürprizlər"lə qarşılaşdıran Donald Tramp təkcə daxili siyasətdə deyil, eyni ilə xarici siyasətdə də eyni gedişləri təkrarlayır. Prezident seçkiləri ərəfəsində Rusiya ilə münasibətləri normallaşdırmağa çalışacağını bəyan edən Tramp çox keçmədən Moskvaya qarşı ard-arda bir neçə sanksiya tətbiq edərək Kremllə münasibətləri demək olar ki, gərginləşdirdi. Həmçinin Barak Obama zamanında Tehranla istiləşməyə doğru gedən əlaqələr də Trampın gözlənilməz gedişi ilə demək olar ki, sıfır vəziyyətinə qayıtdı. İndi isə çoxlarının Amerikanın əzəli və əbədi rəqibi, düşməni hesab edilən Şimali Koreya ilə münasibətlərin normallaşmasına dair göstərilən təşəbbüslər, hətta Trampın Şimali Koreya lideri ilə görüşə biləcəyi mümkünlüyünü açıqlaması təkcə Amerika xalqında deyil, ümumilikdə dünyada şok effekti yaradıb. Dünənə qədər Amerikanı lazım gəlsə nüvə silahı ilə vuracağını bəyan edən Şimali Koreya lideri Kim Çen İnlə görüş mümkünlüyü barədə Ağ Evdən gələn açıqlamalar analitikləri də kifayət qədər düşündürüb və onları çətin suallar qarşısında aciz qoyub.
Paralel olaraq bu arada Birləşmiş Ştatların Türkiyə ilə münasibətləri də diqqət çəkməyə bilməz. Hazirda Vaşinqtonla Anlara arasında münasibətlər o qədər də arzuedilən səviyyədə deyil. Hələ Türkiyəyə məlum dövlət çevrilişi olayından sonra gərginləşən Ankara Vaşinqton münasibətləri tam yoluna qoyulmamış Amerika Türkiyənin Afrində həyata keçirdiyi antiterror əıməliyyatına qarşı qəti etirazını ifadə etdi və Türkiyədən hərbi əməliyyatları dayandırmağı tələb etdi. Düzdür, Ankara Amerikanın qarşısında geri çəkilməsə də, lakin Birləşmiş Ştatlar ciddi cəhdlə Türkiyənin Afrində antiterror əməliyyatı aparmasını önləmək istəyir. Əvvəl sabiq dövlət katibi Tillersonu bu məqsədlə Ankaraya göndərən Ağ Ev rəhbəri Türkiyənin inadını qıra bilmədiyini gördükdə Suriyadakı PKK/YPĞ/PYD-yə hərbi dəstəyi artırmağı qərarlaşdırdı.
Bütün bu cərəyan edən proseslər fonunda Trampın dövlət katibi Reks Tillersonu vəzifəsindən azad etməsinin bu və ya digər dərəcədə Türkiyə və Şimali Koreya amilləri ilə bağlı olduğuna dair mülahizələr səslənməkdədir. Elə Tillersonun postuna Türkiyəyə heç də rəğbəti olmayan Mayk Pompeonun təyinatı da belə deməyə əsas verir. Məlumata görə, Türkiyə və Şimali Koreya ilə münasibətlərin normallaşması təşəbbüsü ilə elə Reks Tillerson çıxış edib və ötən müddətdə qeyd edilən istiqamətlərdə məxfi danışıqlar baş tutub. Lakin bildiyimiz kimi Ağ Ev rəhbəri əsasən dünya iqtisadiyyatı və hərbi sənayesinə rəhbərlik edən qruplaşmalar tərəfindən seçilir, o zaman Trampın hər iki ölkə ilə münasibətləri normallaşdırmaq istəyinə məhz həmin güc mərkəzlərinin mane olduğunu deyə bilərik. Nəticədə Reks Tillerson Birləşmiş Ştatların dövlət katibi vəzifəsindən azad olunur və onun yerinə həm Türkiyə, həm dəı Şimali Koreyaya qarşı münasibəti mənfi olan Mayk Pompeotəyin olunur.
Donald Trampın son təyinatı Azərbaycanda da diqqətlə və maraqla izlənilir. Müxtəlif ekspertlər, analitiklər Tillersonun dövlət katibi vəzifəsindən uzaqlaşdırılmasına yaranan səbəblər barədə öz fikirlərini ifadə edirlər. "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu da yeni təyinatların kifayət qədər maraq doğurduğunu deyib: "Ağ Ev rəhbəri Donald Tramp Reks Tillersonu dövlət katibi vəzifəsindən niyə çıxartdı? Bu sual hazırda çoxlarını maraqlandırır. Fikrimcə, Donald Tramp Tillersonun son dərəcə müstəqil hərəkət etməsindən narahat idi. Həqiqətən Tillerson siyasi çəkisinə görə Trampdan geri qalmırdı. Belə baxanda böyük neft şirkətinin rəhbəri olan Tillersonun pulu keçmiş tikinti maqnatı Trampın pulundan çox idi. Elə dövlət katibi vəzifəsində də Tillerson müstəqil qərarlar verməyə çalışırdı, ancaq Ağ Ev administrasiyası onun qərarlarından sanki qıcıqlanırdı, Trampın müşaviri və kürəkəni Kuşner də Tillersonla razlaşdırmadan xarici siyasətlə məşğul idi. Bu da Tillersonun xoşuna gəlmirdi. Bir sözlə iki qoçun başı bir qazanda qaynamadı". Politoloq deyib ki, Trampın Amerika prezidenti olduğu müddət bir ildən bir az artıqdır: "Aancaq öz kabinetində istefaya göndərdiyi məmurların sayı-hesabı yoxdur. Bu ondan irəli gəlir ki, Donald Trampın daxili və xarici siyasətdə sistemli yanaşması yoxdur. Bir neçə gün əvvəl iqtisadi məsələlər üzrə müşaviri də Ağ Ev sahibinin Avropa Birliyi dövlətlərinə qarşı tətbiq edilən yeni iqtisadi qaydalarla razılaşmayaraq istefa vermişdi".
Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri Məhəmməd Əsədullazadə isə deyib ki, Birləşmiş Ştatların prezidenti Donald Trampın dövlət katibi Reks Tillersonu vəzifəsindən azad etməsi hər iki şəxsin bir-birini qəbul etməməsidir: "Onsuzda hər iki şəxsin xarici siyasətdə fikirləri üst-üstə düşmürdü. Həmçinin Reks Tillerson dövlət katibi postuna uyğun şəxs deyildi və bunu özü də yaxşı bilirdi. Çünki, siyasi-diplomatiyadan uzaq olan bir şəxs ABŞ kimi dünya jandarmını həyata keçirən ölkənin xarici siyasətini yürüdə bilməzdi. Onun xarici səfərlərinə fikir verdikdə, əsasən yorğun və həvəsiz görüntüsü aydın sezilirdi. Donald Tramp qeyd edir ki, Reks Tillersonu İranla bağlı mövqeyinə görə işdən çıxarıb. Qeyd edim ki, Tramp bu sözü ilə blef edir. Sadəcə, İran məsələsini gündəmə gətirməklə öz komandasında davam edən qeyri-müəyyənliyi strateji siyasətə bağlayır. Mərkəzi Kəşfiyyat idarəsinin şefi Pompeonun dövlət katibi fəaliyyəti ABŞ-ın xarici siyasətində ciddi dönüş yarada biləcək".
Məhəmməd