Filarmoniyada yaradıcılıq gecəsi

Martın 30-da M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında bəstəkar, Əməkdar İncəsənət Xadimi Vasif Allahverdiyevin yaradıcılıq gecəsi keçiriləcək. Filarmoniyadan Olaylar.az - a bildirilib ki, tədbir Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Filarmoniya və “Mədəniyyət” kanalının təşkilatçılığı ilə reallaşacaq. Xalq Artisti Fəxrəddin Kərimovun dirijorluluğu ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edəcək.

Martın 30-da M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında bəstəkar, Əməkdar İncəsənət Xadimi Vasif Allahverdiyevin yaradıcılıq gecəsi keçiriləcək.

Filarmoniyadan Olaylar.az - a bildirilib ki, tədbir Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Filarmoniya və "Mədəniyyət" kanalının təşkilatçılığı ilə reallaşacaq. Xalq Artisti Fəxrəddin Kərimovun dirijorluluğu ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edəcək.

Konsert çərçivəsində bəstəkarların yaradıcılığına nəzər salınacaq, əsərləri səsləndiriləcək. Konsertin solisti tanınmış mezzo-soprano ifaçısı Ayan

Qurbanovadır. Biletləri iticket.az elektron ünvanından, şəhərin kassalarından və "ASAN xidmət" mərkəzlərindən əldə etmək olar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31