24 min uşaq I sinfə avtomatik qəbul olundu – İlk dəfə
14 Mart 2018 16:49 SosialElektron sistem vasitəsilə paytaxt məktəblərinin I sinfinə qəbul üçün 37.319 sorğu yerləşdirilib. Bakı Şəhər Təhsil İdarsindən verilən məlumata görə, onlardan 34 428-i ümumi təhsil məktəblərini, 2 891-i isə lisey və gimnaziyaları seçib. Bu göstərici paytaxtdakı dövlət ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulu proqnozunun təxminən 75 faizindən çoxdur.
Bu il ilk dəfə olaraq, məktəbəhazırlıq qruplarındakı 24 000-dən çox uşaq avtomatık I sinfə qəbul üzrə qeydə alınıb. Axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31