“Gəl baharım, gəl yazım” tamaşası təqdim olunacaq - Uşaqlar üçün 

Akademik Milli Dram Teatrı Novruz bayramı günlərində azyaşlı tamaşaçılar üçün “Gəl baharım, gəl yazım” tamaşasını təqdim edəcək. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, səhnə əsəri Xanım Həsənovanın eyniadlı əsəri əsasında hazırlanıb. Səhnə əsərinin rejissoru Anar Babalı, rəssamı əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, rəqslərin quruluşçusu Lalə Hacıyeva, rejissor assistenti Könül Kərimovadır.

Akademik Milli Dram Teatrı Novruz bayramı günlərində azyaşlı tamaşaçılar üçün "Gəl baharım, gəl yazım" tamaşasını təqdim edəcək. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, səhnə əsəri Xanım Həsənovanın eyniadlı əsəri əsasında hazırlanıb.

Səhnə əsərinin rejissoru Anar Babalı, rəssamı əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, rəqslərin quruluşçusu Lalə Hacıyeva, rejissor assistenti Könül Kərimovadır.

Uşaqların marağına səbəb olaraq onları əyləndirəcək rəngarəng tərtibatlı tamaşada aktyor Ramin Şıxəliyev və Vüsal Xalıqoğlu , Cümşüd Zeynalov və Vüsal Mustafayev, Rəşad Bəxtiyarov və Mehman Fətullayev, əməkdar artistlər Mehriban Xanlarova, Mirzə Ağabəyli, aktyor Rüstəm Rüstəmov, aktrisalar Şəhla Əliqızı və Rada Nəsibova, Firuzə Balayeva və Xədicə Novruzlu, Ceyran Baxışova, Sona Novruzova, Əlləz Əhmədov, Əminə Cəfərova, Ləman Fərmanlı, Fərid Vəliyev (Od çərşənbəsi), Mehin Məmmədli, Nəzrin Əsgərzadə iştirak edəcək.

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31