Cinayət törədən 18 nəfər saxlanıb

Ötən gün ərzində Respublikanın daxili işlər orqanları tərəfindən 89 cinayət faktı qeydə alınıb, onların da 16-sı “isti izlər”lə açılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 5 cinayətin açılması təmin olunub.

Ötən gün ərzində Respublikanın daxili işlər orqanları tərəfindən 89 cinayət faktı qeydə alınıb, onların da 16-sı "isti izlər"lə açılıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 5 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə 36 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər xəsarət alıb. Daxili işlər orqanları əməkdaşlarının- həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.Cinayət törətməkdə şübhəli bilinən 18 nəfər saxlanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31