Musiqi və incəsənət məktəblərində təlimlər
Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin Bədii təhsil şöbəsi tərəfindən Bərdə rayonunda fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərində ixtisaslaşmış təlimlər keçirilir. Son iki il ərzində Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzdə uşaq musiqi və incəsənət məktəblərinin fəaliyyəti ilə bağlı 20 çeşiddən artıq metodiki vəsait hazırlanaraq, region idarələrinə paylanılıb.
15 Mart 2018 13:05 MədəniyyətMədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin Bədii təhsil şöbəsi tərəfindən Bərdə rayonunda fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərində ixtisaslaşmış təlimlər keçirilir.
Son iki il ərzində Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzdə uşaq musiqi və incəsənət məktəblərinin fəaliyyəti ilə bağlı 20 çeşiddən artıq metodiki vəsait hazırlanaraq, region idarələrinə paylanılıb.
Bu yeni tədris proqramları və metodiki vəsaitlərdə göstərilən proqram tələblərinin yerinə yetirilməsinə metodiki köməklik göstərilməsi məqsədilə Bərdə rayonunda fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərində muğam, fortepiano və nəzəri fənlər üzrə ixtisaslaşmış təlimlər keçirilir.
Təlimlərdə Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin Bədii təhsil şöbəsinin müdiri Natiq Mustafayev və şöbənin metodisti Zəbulla Quliyev iştirak edir.