Yıldırım: “Azərbaycan və Gürcüstanla birgə Qafqaz regionunun təhlükəsizliyi üçün ciddi addımlar atırıq”
"Myanmada, Qarabağda baş vermiş qətliam, soyqırımı bizim problemimiz deyil deməklə, haqsızlığa, işğala səssiz qalmaqla, regionda, dünyada sülhü bərqərar etmək mümkünsüzdür". Bunu “İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” mövzusunda keçirilən VI Qlobal Bakı Forumu çərçivəsində “Güc anlayışı: böyük güclər və digərləri” paneldə Türkiyənin baş naziri Binəli Yıldırım deyib.
15 Mart 2018 12:42 Siyasət"Myanmada, Qarabağda baş vermiş qətliam, soyqırımı bizim problemimiz deyil deməklə, haqsızlığa, işğala səssiz qalmaqla, regionda, dünyada sülhü bərqərar etmək mümkünsüzdür". Bunu "İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması" mövzusunda keçirilən VI Qlobal Bakı Forumu çərçivəsində "Güc anlayışı: böyük güclər və digərləri" paneldə Türkiyənin baş naziri Binəli Yıldırım deyib.
Onun sözlərinə görə, Qafqaz regionunun təhlükəsizliyi üçün Azərbaycan, Gürcüstan və Türkiyə ciddi addımlar atır: "Bu layihələr regiona stabillik gətirməklə kifayətlənmir, Mərkəzi Asiyanı Avropa ilə birləşdiririk. Məsələn, TANAP, "Şimal axını" layihələri Balkan yarımadasının enerji təhlükəsizliyinə xidmət edəcək". Apa.az