Orqan alverinə görə həbs edilən şəxs “Qarabağ”ın baş məşqçisinin qardaşıdır

“Qarabağ”ın U-11 komandasının baş məşqçisi Elşad Xudadatovun qardaşı Vahib Xudadatov həbs olunub.  Məlumata görə, o, cinayət məsuliyyətinə cəlb edilib.

"Qarabağ"ın U-11 komandasının baş məşqçisi Elşad Xudadatovun qardaşı Vahib Xudadatov həbs olunub.  Məlumata görə, o, cinayət məsuliyyətinə cəlb edilib. Səbəb Xudadatovun vətəndaşlara qarşı müxtəlif cinayət əməllərinin törədilməsi, əlaqədə olan digər şəxslər, o cümlədən xarici ölkə vətəndaşları ilə birgə Azərbaycan vətəndaşlarının orqanlarının xaricdə transplantasiyası üçün ölkədə alqı-satqısını təşkil etməsidi.

DTX insan orqanı alveri ilə məşğul olan dəstəni ifşa etdi: Həbs edilən var

Məlumatı əməkdaşımızla söhbətində Elşad Xudadatov da təsdiqləyib. O, qardaşının belə bir əmələ əl atdığına inanmadığını bildirib: "Bəli, Vahib mənim qardaşımdı. Açığı, özüm də bilmirəm ki, niyə həbs olunub. Qardaşımla ayda bir dəfə görüşək, ya görüşməyək. Vahibin bir avtomobili var, taksi sürücüsü idi. Ailəsi yanına gedib. Hazırda harda olduğundan xəbərim yoxdu". Apasport.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31