Gündəm
Milli Şura martın 17-nə təyin etdiyi mitinqdən imtina edib
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın martın 17-də mitinq keçirməsi ilə bağlı müraciətə cavab verib. BŞİH-in ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zaur Ramazanov bildirib ki, meriya aksiyanın martın 17-də keçmiş "Məhsul" stadionunda keçirilməsinə razılıq verib.
Binəli Yıldırım: “Azərbaycana təhdid olarsa, qarşılığı mütləq veriləcək”
“Türkiyə və Azərbaycan regional təhlükəsizlik məsələləri və terrorla mübarizədə əməkdaşlıq edir”. Bunu Türkiyənin baş naziri Binəli Yıldırım deyib. O bildirib ki, Qarabağ məsələsi Azərbaycanın haqlı məsələsidir: “Azərbaycan ərazilərinin iyirmi faizi işğal edilib. Bir milyon insan qaçqın vəziyyətinə düşüb. Bu problemin həllində Türkiyə Azərbaycanın yanındadır. Azərbaycanda soyqırım törədilib və bunu edən Ermənistan qarşılığını görməlidir. Gec də olsa, Azərbaycan istəyinə çatacaq. Azərbaycanın haqlı olduğunu beynəlxalq aləmdə hamı bilir. Dost və qardaş Azərbaycana təhdid olarsa, qarşılığını mütləq görəcəklər”.
Əbülfəs Qarayev Naftalanda vətəndaşlarla görüşüb
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərləri tərəfindən şəhər və rayonlarda əhalinin qəbulu davam edir. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin vətəndaşlarla növbəti görüşü martın 15-də Naftalan şəhərində gerçəkləşib. Nazir Naftalan şəhərindəki Heydər Əliyev Mərkəzində Gəncə və Naftalan şəhərləri, Samux, Goranboy, Kəlbəcər və Xocalı rayonlarının sakinlərini qəbul edib. “OLAYLAR” xəbər verir ki, görüşdən öncə nazir ümummilli lider Heydər Əliyevin abidəsinin önünə gül dəstəsi qoyaraq xatirəsini ehtiramla yad edib.
Düşmən 96 dəfə atəşkəsi pozub
“OLAYLAR” Müdafiə Nazirliyinə istinadən xəbər verir ki,Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 96 dəfə pozub.
Azərbaycanlı musiqiçi intihar etdi
Musiqiçi Pircan Həsənov özünü öldürüb. Hadisə dünən səhər saatlarında baş verib. Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu əməkdaşımızla söhbətində bildirib ki, P.Həsənov özünü zəhərləyib: "Qonşusu ilə arasında mübahisəsi var idi. Məhkəmə işi olub və buna cəza verilib. O da səhər durub nəsə içib və özünü öldürüb".
Azərbaycan prezidenti İran XİN rəhbərini qəbul edib
Azərbaycan prezidenti İlham Əliyev İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərifin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.
Türkiyənin xarici işlər naziri: "Yeni dördtərəfli format sülh və sabitliyə töhfə verəcək"
"Bugünkü yeni format tarixi və mədəni bağları olan ölkələr arasında qurulub. Türkiyənin hər üç ölkə ilə ortaq layihələri var və bu dostluq, qardaşlığımız hər gün genişlənir". Məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu Bakıda Azərbaycan, Türkiyə, İran və Gürcüstan xarici işlər nazirlərinin birinci dördtərəfli görüşündən sonra keçirilən mətbuat konfransında deyib. M. Çavuşoğlu bildirib ki, yeni format sülh və sabitliyə töhfə verəcək.
İran XİN rəhbəri: “Beynəlxalq hüquqa hörmət ölkələrin ərazi bütövlüyünə hörməti daha da gücləndirəcək”
“Çoxtərəfli iclasın Bakıda keçirilməsi üçün şadam. Dost və qonşu Azərbaycan xalqına təşəkkür edirəm. Biz regional əməkdaşlığa sadiqliyimizi təsdiq edirik. İran güclü regiona inanır. İstəyirik ki, ikitərəfli, üçtərəfli və dördtərəfli əməkdaşlıqlar formalaşsın”. Məlumata görə, bunu İran xarici işlər naziri Məhəmməd Cavad Zərif Bakıda Azərbaycan, Türkiyə, İran və Gürcüstan xarici işlər nazirlərinin birinci dördtərəfli görüşündən sonra keçirilən mətbuat konfransında deyib.
2018-ci ilin dövlət büdcəsinə yenidən baxıla bilər
"Milli Məclisdə 2018-ci ilin dövlət büdcəsinə yenidən baxıla bilər". Məlumata görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib. Onun sözlərinə görə, dövlət büdcəsinə yenidən baxılması bu ilin I rübünün nəticələrindən asılı olacaq.
Stiven Hokinq haqqında MARAQLI FAKTLAR
Nazir: "Azərbaycan yeni nəqliyyat dəhlizi təklif edir"
“Biz cənubdan qərbə yeni nəqliyyat dəhlizi təklif edirik. Siyasi mövqeyimizi Xarici İşlər Nazirliyi səviyyəsində açıqladır”. Məlumata görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov Bakıda Azərbaycan, Türkiyə, İran və Gürcüstan xarici işlər nazirlərinin birinci dördtərəfli görüşündən sonra keçirilən mətbuat konfransında deyib.
Azərbaycan, Türkiyə, İran və Gürcüstan xarici işlər nazirlərinin görüşündə Bakı Bəyannaməsi qəbul edilib
Azərbaycan, Türkiyə, İran və Gürcüstan xarici işlər nazirlərinin bu gün Bakıda keçirilən birinci dördtərəfli görüşündə Bəyannamə qəbul edilib. Məlumata görə, görüşdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif və Gürcüstanın baş nazirinin müavini, xarici işlər naziri Mixeil Canelidze iştirak edib.
ABŞ-da xəstəxanada atışma: Ölən var
ABŞ-ın Alabama ştatının Birminqem şəhərində xəstəxanaların birində atışma baş verib. Məlumata görə, hadisə nəticəsində bir nəfər həlak olub, daha bir nəfər yaralanıb.
Əhalinin kommunal borcları silinir? – HƏR KƏSİN GÖZLƏDİYİ XƏBƏR
Ötən ildən gündəmdə olan kommunal borcların silinmə ehtimalı 2018-ci ildə reallaşa bilərmi? Millət vəkilləri və iqtisadçı-ekspert məsələyə aydınlıq gətirib. «Ümumiyyətlə, borc niyə silinməlidir? Vətəndaş bu borcu nə üçün ödəyə bilmir? Bunlar araşdırılmalıdır. Elə insan var ki, imkanı var, amma deyir, mən ödəmirəm. Belə adamın borcu nə üçün silinsin?».
Qənirə Paşayeva Ərzurumda Qəhrəmanlar abidəsinin açılışında iştirak edib
Millət vəkili Qənirə Paşayeva Ərzurumun düşmən işğalından qurtuluşunun və Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100-cü ildönümü münasibətilə Ərzurumda Azərbaycan Bulvarı, Heydər Əliyev parkında “100-cü İl Qəhrəmanlar abidəsi”nin açılışında iştirak edib. Məlumata görə, səfər çərçivəsində Q. Paşayeva Ərzurum Böyükşəhər bələdiyyə başqanı Mehmet Sekmen ilə görüşüb. Millət vəkilinin Ərzurumda Qarabağ parkı və abidəsi açılması təklifini bələdiyyə başqanı dəstəkləyib və yaxın zamanlarda reallaşacaq deyib.














