Gürcüstanın iki azərbaycanlı vətəndaşı cinayət məsuliyyətinə cəlb olunub
Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Korrupsiyaya Qarşı Mübarizə Agentliyi operativ istintaq tədbirləri nəticəsində Dmanisi bələdiyyəsinin Amamlo kəndindəki keçmiş nümayəndəsi Mübariz M. adlı şəxsi cinayət məsuliyyətinə cəlb edib.
15 Mart 2018 13:05 KriminalGürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Korrupsiyaya Qarşı Mübarizə Agentliyi operativ istintaq tədbirləri nəticəsində Dmanisi bələdiyyəsinin Amamlo kəndindəki keçmiş nümayəndəsi Mübariz M. adlı şəxsi cinayət məsuliyyətinə cəlb edib. DTX-nin məlumatında bildirilir ki, Mübariz M. vəzifəsindən sui-istifadədə təqsirləndirilir. Onunla yanaşı Arzuman A. adlı vətəndaş da saxta sənədlərin istifadəsinə görə cinayət məsuliyyətinə cəlb olunub. İstintaqla müəyyən olunub ki, 2017-ci ildə Arzuman A. adlı şəxsin müraciəti əsasında Mübariz M. onun guya 9 ay və daha çox müddətdə Amamlo kəndində yaşamasını sübut edən ərizə hazırlayıb. Saxta sənəd Arzuman A. adlı şəxsin dağlıq kəndin daimi sakini olmasını təsdiq edib. Faktla bağlı istintaq aparılır. Gürcüstanın azərbaycanlı vətəndaşlarını 3 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.
Qeyd edək ki, Gürcüstanda dağlıq kəndlərdə yaşayan sakinlərə dövlət tərəfindən güzəştlər tətbiq olunur. Güzəştlərə əsasən, fiziki şəxslər gəlir və əmlak vergisindən azad olunur. Apa.az