"Yalvardı 3 uşağım var, 1-2 il yatacaqsan" -  150 manata görə 12 bıçaq vurdu

150 manata görə tanışına 12 bıçaq vurmaqda təqsirləndirilən Əliyev İlham Məmməd oğlu və Əlizadə Vüqar Bayraməli oğlunun cinayət işi üzrə məhkəmə davam edib. Məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə Vüqar Əlizadənin anası Tünzalə Əliyeva şahid qismində dindirilib.

150 manata görə tanışına 12 bıçaq vurmaqda təqsirləndirilən Əliyev İlham Məmməd oğlu və Əlizadə Vüqar Bayraməli oğlunun cinayət işi üzrə məhkəmə davam edib. Məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə Vüqar Əlizadənin anası Tünzalə Əliyeva şahid qismində dindirilib.

O bildirib ki, oğlu bu işdə günahkar deyil: "Hadisə günü olandan sonra bizi İlham idarə edirdi. Günahkar bu və yoldaşıdı. Mənim oğlumun bu işdə bir günahı var o da bir bıçaq vurması olub. Söyüş olub deyə vurub. Həmin günü İlham zəng elədi ki, oğlum adam vurub öldürüb. İlham imkan vermirdi bizi oğlumla danışaq. Deyirdi ki, oğlun düz edib. O vurmasaydı, onu vuracaqdı. Sonra başladı ki, arvadım məni evə buraxmır. Mənə dedi ki, get danış ki, günahım yoxdur. Arvadı yenə bunu buraxmadı, dedi ki, sənin oğlun adam öldürməyib". Qadın bildirib ki, oğlu ona 3 gün sonra etiraf edib ki, Kamranı öldürməyib: "Zəng eləmişdi, dedi ki, öldürməyib. Həmin vaxta qədər İlham deyirdi ki, meyiti yandıraq basdıraq. Biz qoymadıq. Elə şey olmaz dedik". Təqsirləndirilən İlham Əliyevlə şahid arasında mübahisə yaranıb. Hakim hər iki tərəfə xəbərdarlıq edib.

Təqsirləndirilən  şəxs şahidi yalan danışmaqda ittiham edib: "Allahın olsun, niyə yalan danışırsan. Hadisəni oğlun törədib. Mən heç kimi öldürməmişəm. Bunları Sabunçuda öyrədiblər ki, atın İlhamın üstünə. Özlərini təmizə çıxartmaq üçün məni zibilə salsınlar. Nədir ki, Vüqarın qardaşları var, qan düşmənçiliyi olmasın deyə atdılar mənim üstümə". Digər təqsirləndirilən Vüqar Əlizadə isə bildirib ki, zərərçəkmiş şəxsi çiynindən İlham vurub: "Burda nağıl danışır. Ekspertin də rəyi var. Mən ona bir bıçaq vurmuşam. Onda ölümcül olmayıb. Kamranı İlham öldürdü. Gecəynən də gedib üstünün qanını, kurtkasını yuduzdurub. Birinci İlham məni aldatdı ki, Kamran ölməyib. İlham dedi ki, 3 balam var, kömək edəcəyəmm, 1-2 il yatacaqsan. Sonradan bildim ki, Kamran ölüb".

Proses aprelin 2-də davam edəcək.

Qeyd edək ki, hadisə bu il Sabunçu rayonu Maştağa qəsəbəsində baş verib. 1994-cü il təvəllüdlü Əlizadə Vüqar Bayraməli oğlunun tanışı, 1993-cü il təvəllüdlü Quliyev Kamran Yaşar oğlunu pul məsələsinə görə bıçaqlayaraq qətlə yetirdiyi məlum olub. Belə ki, hər iki şəxs fəhləliliklə məşğul olub və 23 yaşlı Kamran tanışından bir müddət əvvəl borc pul alıbmış. Borcun məbləği isə 150 manat olub. Dünən V.Əlizadə tanışından pulu qaytarmasını istəyib. Lakin K.Quliyev imkanının olmadığını, ona bir neçə gün möhlət verməsini istəyib. V.Əlizadə isə razılaşmayıb, kifayət qədər gözlədiyini deyib. Tanışların pul mübahisəsi daha sonra davaya keçib və 22 yaşlı oğlan 23 yaşlı həmyerlisinə 12 bıçaq zərbəsi endirərək onu öldürüb. Əlizadə Vüqar polis tərəfindən saxlanılıb. Daha sonra Vüqar Əlizadə ifadələrində cinayət əməlini tək yox, tanışı Əliyev İlhamla törətdiyini bildirib. Bundan sonra Əliyev İlham da saxlanılıb. Onlara Cinayət Məcəlləsinin 120.1(qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilib. Lent.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31