Gündəm
Deputat "Sovetski"də sökülən evlərə görə verilən kompensasiyanın artırılmasını təklif edib
“Qəzalı vəziyyətdə olan və sökülməsi nəzərdə tutulan keçmiş "Sovetski" ərazisində və ətrafda yerləşən binalarla bağlı manatın devalvasiyaya uğradığını nəzərə alaraq, gözləmək olardı ki, hökumət kompensasiyasını bir qədər artıracaq. Lakin hələ də əvvəlki illərdə hesablanan məbləğ təklif olunur - 1500 manat. Nəzərə alsaq ki, bu ərazilərdə kiçik həcmli evlər kifayət qədərdir, yaxşı olardı ki, onların sahiblərinə pul əvəzinə təzə tikilən binalarda hazır evlər verilsin”.
Millət vəkili: "Problemli kreditləri həll etmədən bank sistemini sağlamlaşdırmaq mümkün deyil"
"Azərbaycanda bank sisteminin sağlamlaşdırılması qeyri-neft sektorunun inkişafı və bu sahədə artımın əldə olunması üçün vacibdir”. “Olaylar” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Əli Məsimli deyib.
Özündənrazı narazılar
Allahdan sonra ikinci müqəddəs varlıq SÖZdü. SÖZ sənəti ilə məşğul olanlar Allahın əzabkeş bəndələridi. Şair, yazıçı və jurnalistlər bir ömür SÖZlə qolboyun olur, SÖZlə yatıb-durur, SÖZdən gələn hər işgəncəni “uf” demədən canlarına hopdururlar – suçəkən kimi. Ona görə də SÖZ sənətkarları dünyanın hər yerində hörmət-izzət sahibidirlər.
Arif Rəhimzadə: “Bəzi torpaq sahibləri kompensasiyadan məhrum olublar”
“Azərbaycanda kənd təsərrüfatına çox böyük diqqət yetirilir. Kənd təsərrüfatı torpaqlarının istifadəsi əsas məsələ kimi durur. Neftçalada örüş torpaqları əkin üçün istifadə olunur. Torpaqların səmərli istifadəsi məhsul götürülməsi üçün şərait yaradır”.
Artur Rasizadə: “Ordumuzun hərbi gücü artırılır”
“Təəssüflə qeyd edirəm ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ problemnin həlli istiqamətində ciddi dönüşə nail olunmayıb”. “Olaylar”ın məlumatına görə, bunu Baş nazir Artur Rasizadə 2017-ci ilin yekunlarına dair hesabat məruzəsini təqdim edərkən deyib. Baş nazir bildirib ki, dövlət başçısı hamımızın ağrılı yeri olan bu məsələni gündəlik diqqətdə saxlayır. A.Rasizadə qeyd edib ki, münaqişənin sülh yolu ilə həlli yanaşı, hərb variantının da mümkünlüyü nəzərə alınaraq, ordumuzun hərbi gücü artırılır: “Ordumuzun maddi-texniki təminatı gücləndirilir, müasir silah və sursatla təmin olunur.
Türkiyədən Şimali Koreyaya AĞIR ZƏRBƏ - Kimi dəli edəcək QƏRAR
İlk dəfə səs verən gənclər üçün tədbir keçiriləcək
Martın 17-də Bakı İdman Sarayında “Novruz bayramı” münasibəti ilə ilk dəfə səs verən gənclər üçün mədəni-kütləvi tədbir keçiriləcək. Gənclər və İdman Nazirliyinin mətbuat katibliyindən “OLAYLAR”-a bildirilib ki.tədbirdə Prezident Administrasiyasının rəsmiləri, Hökumət və millət nümayəndələri və digər rəsmilər iştirak edəcəklər.
Baş nazir: "Neft-qaz sənayesinin aparıcı rolu ölkənin nüfuzunun artmasına töhfə verəcək"
"Son 14 il ərzində ÜDM 3,2 dəfə, sənaye istehsalında 2,6 dəfə, əhalinin adambaşına düşən gəliri 7,2 dəfə, əmək haqqı 6,8 dəfə artıb".“Olaylar” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında sədr Artur Rəsizadə deyib: "Yoxsulluq səviyyəsi 44,7 faizdən 5,4 faizə enib.
“Etnik musiqi inciləri” layihəsi - Muğam Mərkəzində
Martın 29-da Beynəlxalq Muğam Mərkəzində "Etnik musiqi inciləri" layihəsi çərçivəsində növbəti konsert keçiriləcək. Olaylar.az bildirir ki, konsertdə Afina Opera Teatrının bədii rəhbəri,bəstəkar Nikos Ksantoulis qədim simli lira musiqi alətində ifa edəcək. “Bakı virtouzları” kamera orkestrinin müşayiəti ilə musiqiçinin ifasında lira üçün yazılmış əsərlər həmçinin klassik və müasir Azərbaycan və xarici bəstəkarların əsərləri səslənəcək.Orkestrin dirijoru Əməkdar artist,beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyevdir.Konsertdə həmçinin Əməkdar artist İlham Nəzərov (kontratenor) və Rövşən Əmrahov (violin) iştirak edəcəklər.
Aktyorlar fərmanla təltif olundular
Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Respublika Komitəsi Gənc Tamaşaçılar Teatrının bir qrup əməkdaşı ilə görüşüb. Olaylar.az bildirir ki, görüşdə MİHİRK-nin sədri Cəmilə Səttarova, teatrın direktoru , Əməkdar artist Mübariz Həmidov iştirak edib. Görüş zamanı teatrdakı yaradıcı mühit, hazırlanan tamaşalar və yeni layihələr haqqında ətraflı müzakirələr aparılıb, teatrın fəaliyyətindəki yeniliklər diqqətə çatdırılıb.
Yol təmiri aparılan ərazidə ağır qəza baş verib
Bu gün səhər saatlarında Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 82-ci km-də təmir işləri aparılan ərazid ağır yol-nəqliyyat hadisəsi baş verib.
Müdafiə naziri cəbhə bölgəsində bazalaşdırılan yeni helikopter hərbi hissəsində olub
Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhə bölgəsində bazalaşdırılan yeni helikopter hərbi hissəsində olub.“OLAYLAR” nazirliyə istinadən xəbər verir ki, uçuş və texniki heyətlə görüşən Müdafiə naziri ordu aviasiyasının döyüşə hazırlıq səviyyəsi, onun imkanları və effektiv tətbiqi vəziyyətini yoxlayıb.
Nazir: "Suriyada terrorçuları dinc sakinlərdən ayırmaq üçün strategiya hazırlamaq lazımdır"
Suriyada, o cümlədən Şərqi Qutada terrorçuları dinc sakinlərdən ayırmaq üçün strategiya hazırlamaq lazımdır. Məlumata görə, bunu Astanada Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
Türkiyə XİN: “Sürix protokolu” Türkiyədən çox, Ermənistanın xeyrinə idi
“Türkiyə ilə Ermənistan arasında imzalanmış “Sürix protokolu” qüvvəyə minməmiş olsa da, Ermənistan tərəfinin seçki ərəfəsində belə bir addım atması xoş deyildi”. Bunu Türkiyə xarici işlər nazirinin müavini Əhməd Yıldız Ermənistanın iki ölkə arasında 2009-cu ildə Sürixdə imzalanmış protokoldan imtina etməsi ilə bağlı sualın cavabında deyib.
Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək, günün ikinci yarısında mülayimləşəcək.









.jpg)



