“Etnik musiqi inciləri” layihəsi - Muğam Mərkəzində  

 Martın 29-da Beynəlxalq Muğam Mərkəzində  "Etnik musiqi inciləri" layihəsi çərçivəsində növbəti  konsert keçiriləcək. Olaylar.az bildirir ki, konsertdə Afina Opera Teatrının bədii rəhbəri,bəstəkar Nikos Ksantoulis qədim simli lira musiqi alətində ifa edəcək. “Bakı virtouzları” kamera orkestrinin müşayiəti ilə musiqiçinin ifasında lira üçün yazılmış əsərlər həmçinin klassik və müasir Azərbaycan və xarici bəstəkarların əsərləri səslənəcək.Orkestrin dirijoru Əməkdar artist,beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyevdir.Konsertdə həmçinin Əməkdar artist İlham Nəzərov (kontratenor) və Rövşən Əmrahov (violin) iştirak edəcəklər.

Martın 29-da Beynəlxalq Muğam Mərkəzində  "Etnik musiqi inciləri" layihəsi çərçivəsində növbəti  konsert keçiriləcək.

Olaylar.az bildirir ki, konsertdə Afina Opera Teatrının bədii rəhbəri,bəstəkar Nikos Ksantoulis qədim simli lira musiqi alətində ifa edəcək. "Bakı virtouzları" kamera orkestrinin müşayiəti ilə musiqiçinin ifasında lira üçün yazılmış əsərlər həmçinin klassik və müasir Azərbaycan və xarici bəstəkarların əsərləri səslənəcək.Orkestrin dirijoru Əməkdar artist,beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyevdir.Konsertdə həmçinin Əməkdar artist İlham Nəzərov (kontratenor) və Rövşən Əmrahov (violin) iştirak edəcəklər.
Konsert Yunanıstanın Dövlət Müstəqilliyi Gününə həsr olunur və Yunanıstan səfirliyinin dəstəyi ilə keçirilir.
Qeyd edək ki, Nikos Ksantoulis Afina Akademiyasının elmi işçisi, araşdırmaçı, bəstəkar və qədim lira musiqi alətinin ifaçısı, Afina Konservatoriyasında truba musiqi aləti, harmoniya və konter üzrə professorudur. N.Ksantoulis yenidən bərpa olunmuş qədim yunan musiqi alətlərindən (lira,aulos,timpanon və salpinx) istifadə edərək faciə motivli əsərlər yazıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31