Arif Rəhimzadə: “Bəzi torpaq sahibləri kompensasiyadan məhrum olublar”

“Azərbaycanda kənd təsərrüfatına çox böyük diqqət yetirilir. Kənd təsərrüfatı torpaqlarının istifadəsi əsas məsələ kimi durur. Neftçalada örüş torpaqları əkin üçün istifadə olunur. Torpaqların səmərli istifadəsi məhsul götürülməsi üçün şərait yaradır”.

"Azərbaycanda kənd təsərrüfatına çox böyük diqqət yetirilir. Kənd təsərrüfatı torpaqlarının istifadəsi əsas məsələ kimi durur. Neftçalada örüş torpaqları əkin üçün istifadə olunur. Torpaqların səmərli istifadəsi məhsul götürülməsi üçün şərait yaradır". "Olaylar"xəbər verir ki, bunu parlamentin regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.Onun sözlərinə görə, amma, bu torpaqlar qeydiyyata götürülməyib: "Ona görə də onlar kompensasiyadan məhrum olublar. Gərək o torpaqlar yenidən kadastrdan keçsin. Bu tək Neftçalada deyil, digər rayonlarda da belə hallar var".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31