Aktyorlar fərmanla təltif olundular
Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Respublika Komitəsi Gənc Tamaşaçılar Teatrının bir qrup əməkdaşı ilə görüşüb. Olaylar.az bildirir ki, görüşdə MİHİRK-nin sədri Cəmilə Səttarova, teatrın direktoru , Əməkdar artist Mübariz Həmidov iştirak edib. Görüş zamanı teatrdakı yaradıcı mühit, hazırlanan tamaşalar və yeni layihələr haqqında ətraflı müzakirələr aparılıb, teatrın fəaliyyətindəki yeniliklər diqqətə çatdırılıb.
16 Mart 2018 13:11 Teatr və kinoAzərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Respublika Komitəsi Gənc Tamaşaçılar Teatrının bir qrup əməkdaşı ilə görüşüb.
Olaylar.az bildirir ki, görüşdə MİHİRK-nin sədri Cəmilə Səttarova, teatrın direktoru , Əməkdar artist Mübariz Həmidov iştirak edib. Görüş zamanı teatrdakı yaradıcı mühit, hazırlanan tamaşalar və yeni layihələr haqqında ətraflı müzakirələr aparılıb, teatrın fəaliyyətindəki yeniliklər diqqətə çatdırılıb.
Sonda milli teatr sənətinin inkişafındakı xidmətlərinə, kollektivin ictimai həyatında fəal iştirakına görə və doğum günləri münasibətilə teatrın bir qrup əməkdaşı aktyorlar Əməkdar artistlər Nübar Novruzova, Vahid Əliyev, Bəxtiyar Kərimov, Ələsgər Qurbanəliyev, Rəzzaq Məmmədov, texniki işçilər Dürdanə Şükürova, İradə Mirişli, Esmira Mirzəyeva və Bəhmən Rzayev Fəxri fərmanlarla mükafatlandırılıblar.