Baş nazir: "Neft-qaz sənayesinin aparıcı rolu ölkənin nüfuzunun artmasına töhfə verəcək"

"Son 14 il ərzində ÜDM 3,2 dəfə, sənaye istehsalında 2,6 dəfə, əhalinin adambaşına düşən gəliri 7,2 dəfə, əmək haqqı 6,8 dəfə artıb".“Olaylar” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında sədr Artur Rəsizadə deyib: "Yoxsulluq səviyyəsi 44,7 faizdən 5,4 faizə enib.

"Son 14 il ərzində ÜDM 3,2 dəfə, sənaye istehsalında 2,6 dəfə, əhalinin adambaşına düşən gəliri 7,2 dəfə, əmək haqqı 6,8 dəfə artıb"."Olaylar" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında sədr Artur Rəsizadə deyib: "Yoxsulluq səviyyəsi 44,7 faizdən 5,4 faizə enib. Ölkənin strateji valyuta ehtiyatları 26,6 dəfə artaraq 2017-ci ilin sonuna 42 milyard dollar təşkil edib". A.Rəsizadə qeyd edib ki, neft-qaz sənayesinin aparıcı rolu ölkənin nüfuzunun artmasına öz töhfəsini verəcək və digər sahələrin inkişafına kömək edəcək: "Əhalinin təbii qazla təmin edilməsi kimi sosial problemin həlli ilə bağlı davamlı tədbirlər qazlaşmasının səviyyəsinin 51 faizdən 93 faizə yüksəldilməsini təmin edib. Elektrik enerjisi ilə təminat iqtisadi siyasətin ən prioritet istiqamətlərindən olub".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31