Millət vəkili: "Problemli kreditləri həll etmədən bank sistemini sağlamlaşdırmaq mümkün deyil"

"Azərbaycanda bank sisteminin sağlamlaşdırılması qeyri-neft sektorunun inkişafı və bu sahədə artımın əldə olunması üçün vacibdir”. “Olaylar” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Əli Məsimli deyib.

"Azərbaycanda bank sisteminin sağlamlaşdırılması qeyri-neft sektorunun inkişafı və bu sahədə artımın əldə olunması üçün vacibdir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Əli Məsimli deyib.

Arif Rəhimzadə: “Bəzi torpaq sahibləri kompensasiyadan məhrum olublar”

Onun sözlərinə görə, bank sektorunun sağlamlaşdırılması "Azərbaycan Beynəlxalq Bank" ASC-nin restrukturizasiyası ilə yekunlaşmamalıdır: "Bankların ənənəvi sürətdə yüksək faizlə qazanc əldə etməsində sektor üçün heç bir perspektiv yoxdur. Bunun əvəzinə banklar daha perspektivli yolla biznes layihələrinin maliyyələşdirilıməsinə keçə və real addım atıla bilər.

Artur Rasizadə: “Ordumuzun hərbi gücü artırılır”

Bundan başqa, problemli kreditləri həll etmədən bank sistemini sağlamlaşdırmaq mümkün deyil. Biz təkliflər hazırlayıb aiddiyyəti orqanlara göndərmişik ki, bu yük yalnız bir qurumun üstünə düşməsin. Xarici valyutadakı kreditlərin bir hissəsini dövlət, bir hissəsini Mərkəzi Bank, bir hissəsini kommersiya bankları, bir hissəsini isə əhali öz üzərinə götürməlidir. Bu qurumları təkliflərə həssas yanaşmağa və bu il bu istiqamətdə real işlər görməyə çağırırıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31