Gündəm
7 yaşlı Mina Abbasova 3 gümüş medal qazandı
Macarıstanın Budapeşt şəhərində bədii gimnastika üzrə VI Beynəlxalq “Bahar kuboku - 2018” turniri keçirilib.
Millət vəkili cəmiyyətə çağırış etdi
Millət vəkili Qənirə Paşayeva Dünya Autizm Günü və ayı ilə bağlı Autizm Defektoloji və Psixoloji Yardım Mərkəzi İctimai Birliyi tərəfindən təşkil olunan tədbirdə çıxışında autizmli uşaqlar üçün xüsusi bir dövlət mərkəzinin yaradılmasına ciddi ehtiyac olduğunu bildirib. “Olaylar”ın xəbərinə görə, deputat bildirib ki, belə uşaqların cəmiyyətə daha yaxşı inteqrasiyası üçün həmin mərkəzdə uşaqlar pulsuz, dövlət hesabına peşəkar mütəxəssislər tərəfindən lazımi dəstəyi alarsa, onlarla gözəl balalarımızın gələcəyini xilas edə bilərik.
Qadının telefonunu alıb qaçan şəxs yaxalanıb
Bakı sakini olan bir qadın martın 30-da Xətai rayonu, Sarayevo küçəsində hərəkətdə olan zaman naməlum şəxs ona qarşı zor tətbiq edərək cibində olan mobil telefonunu ələ keçirərək qaçmağa cəhd göstərib.
“Müstəqil Azərbaycanın memarı” adlı rəsm müsabiqəsi keçiriləcək
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə “Müstəqil Azərbaycanın memarı” adlı rəsm müsabiqəsi elan edir. Qurumdan “OLAYLAR”-a bildirilib ki,müsabiqədə yaşı 18-ə qədər olan şəxslər iştirak edə bilər. Əsərlər 2018-ci il may ayının 31-dək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Aparatının inzibati binasına təqdim olunmalıdır. Hər bir iştirakçı müsabiqəyə 1 əsər təqdim edə bilər. Müsabiqədə qalib olan birinci yerin sahibinə 600 AZN, iki ikinci yerin qalibinə 400 AZN, 3 üçüncü yerin qalibinə isə 300 AZN pul mükafatı veriləcək.
Keçən ay Təhsil Nazirliyinin Vətəndaşlarla iş bölməsinə 8 894 müraciət daxil olub
Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində 2018-ci ilin mart ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb. Nazirlikdən “OLAYLAR”-a bildirilib ki, qeyd olunan müddət ərzində Vətəndaşlarla iş bölməsinə ümumilikdə 8 894 müraciət daxil olub.
650 işçi peşə və ixtisasartırma kurslarIna cəlb olunub
Bakı metropolitenində peşə səviyyəsinin artırılması, yeni peşə hazırlığı, biliklərin mənimsənilməsi və tətbiqi ilə bağlı son illərdə əldə olunan nailiyyətlər genişlənməkdədir. Qurumun mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, yeni ildə artıq bir neçə tədris proqramının nəticələri məlumdur. Belə ki, qatarların qəbulu və yola salınması üzrə növbətçi peşəsində çalışan 105 nəfər ixtisasını mərkəzləşmə məntəqəsi növbətçisi kimi artırmaq üçün dövrü test imtahanı verib. Test imtahanından uğurla keçən işçilər 6 aylıq həmin ixtisasartırma kurslarına qatılıblar.
Qələbə tariximizi özümüz yazmalıyıq...
Milli dövlətçiliyimizin çox əsrlik təkamülü tarixində Azərbaycan ərazisi çoxsaylı savaşların meydanı olub. Bu ərazidə regionun və dünyanın böyük güc sahibləri üz-üzə gəliblər. Lakin 20-ci əsrə qədərki dövrdə heç zaman yerli əhalinin – Azərbaycan türklərinin kütləvi qırğınına, etnik və dini mənsubiyyət zəminində məhv edilməsi hallarına rast gəlinməyib. 19-cu əsrin birinci yarısında torpaqlarımıza yerləşdirilən ermənilər Cənubi Qafqazda öz mövqelərini möhkəmləndirdikcə xalqlar arasında nifaq salmağa, bu ərazinin aborigen əhalisinə qarşı təxribatlar törətməyə və nəhayət, torpaqlarımızı özününküləşdirməyə başladılar.
Ömrümün Qarabağ səhifəsi
Müasir dünyanın gözü qarşısında baş verən Qarabağ faciələri
XX əsr bir çox müsbət və mənfi məqamları, hadisələri ilə Azərbaycan tarixində özünəməxsus yer tutub. Əsrin müxtəlif illərində başımıza gətirilən müsibətlər və əlamətdar hadisələrin tariximizdə bu gün öz yeri var. Qlobal Araşdırmalar Liqası İctimai Birliyinin sədri Azər Verdiyev də deyir ki, XX əsr Azərbaycan tarixində 1918-ci il bir-birini sürətlə əvəz edən və Azərbaycan xalqının taleyində həlledici sayılan hadisələr baxımından yəqin ki, ən əhəmiyyətli zaman kəsiyidir.
Aprel döyüşləri, Azərbaycanın şərəf tarixi
Müstəqil Azərbaycanın ən şərəfli tarixlərindən birinin ildönümünü yaşayırıq. Aprel döyüşlərinin. Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi uğurlu hərbi əməliyyatın artıq iki tamam olur.
Avropadakı soydaşlarımızın mütləq əksəriyyəti Azərbaycandakı sabitliyi dəstəkləyir
Əsas fəaliyyət istiqamətini seçki öncəsi dövlətə və dövlətçiliyə zərbə vurmağa yönəltmiş Avropadakı söyüş qrupu qoca qitədə Azərbaycan adına keçirilən hər bir tədbirə, toplantıya qara yaxmağa, onun imicinə zərbə vurmağa çalışırlar.
Elxan Ağabəyli - 60
1958-ci ildə Şəkidə anadan olan, 1976-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinə daxil olan, 1981-ci ildə oranı qutaran Elxan Oruc oglu Ağabəyli ilk əmək fəaliyyətinə yerli “Şəki fəhləsi” qəzetində müxbir kimi başlamışdır. E.O.Ağabəyli 1990-ci ildə Şəki Mətbuat yayımı müəssisəsinə rəis vəzifəsinə irəli çəkilmişdir. 1995-2000 illərdə yerli Sovetin deputatı, eyni zamanda rayon İcra Başçısının 15 saylı ərazi məhəllə komitəsinin sədri (ictimai əsaslarda) olmuşdur.
Bako Saakyanı da azərbaycanlıların Dağlıq Qarabağa qayıtmasının tərəfdarına çevirdilər
Qondarma Dağlıq Qarabağın de-fakto prezidenti Bako Saakyan ABŞ-da olarkən mətbuata müsahibə Dağlıq Qarabağa azərbaycanlıların qayıtmasının mümkünlüyünü bildirdi.
Türkiyədən “Süleyman Şah” HƏMLƏSİ – Düşməni şoka salacaq əməliyyatın DETALLARI
Süleyman Şah Türbəsi öz əvvəlki yerinə köçürüləcək. Bunu Türkiyənin Baş nazirinin müavini Fikri İşık “TRT Haber” telekanalının canlı yayımında deyib. “Süleyman Şah Türbəsi müvəqqəti olaraq danışıb, gec-tez öz yerinə köçürüləcək. Çünki, ora türk torpağıdır”, - o bildirib.














