Keçən ay Təhsil Nazirliyinin Vətəndaşlarla iş bölməsinə 8 894 müraciət daxil olub
Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində 2018-ci ilin mart ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb. Nazirlikdən “OLAYLAR”-a bildirilib ki, qeyd olunan müddət ərzində Vətəndaşlarla iş bölməsinə ümumilikdə 8 894 müraciət daxil olub.
2 Aprel 2018 13:48 SosialTəhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə ("Qaynar xətt" xidməti, telefon: 146) daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində 2018-ci ilin mart ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb. Nazirlikdən "OLAYLAR"-a bildirilib ki, qeyd olunan müddət ərzində Vətəndaşlarla iş bölməsinə ümumilikdə 8 894 müraciət daxil olub.
Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 6 552 zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzində isə bu dövrdə 2 342 vətəndaşa xidmət göstərilib.
Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. Vətəndaşların Qəbulu Mərkəzində 899 sənəd (523 məktub, 325 ərizə, 51 digər sənəd) qəbul olunub və qeydiyyata alınıb. Daxil olan müraciətlər daha çox ali təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya), ümumtəhsil məktəblərinin 1-ci sinfinə qəbul, tələbələrin yerli ali və orta ixtisas təhsil müəssisələrinə köçürülməsi və bərpası, müəllimlərin işə qəbulu ilə bağlı məsələləri əhatə edib.