650 işçi peşə və ixtisasartırma kurslarIna cəlb olunub

Bakı metropolitenində peşə səviyyəsinin artırılması, yeni peşə hazırlığı, biliklərin mənimsənilməsi və tətbiqi ilə bağlı son illərdə əldə olunan nailiyyətlər genişlənməkdədir. Qurumun mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, yeni ildə artıq bir neçə tədris proqramının nəticələri məlumdur. Belə ki, qatarların qəbulu və yola salınması üzrə növbətçi peşəsində çalışan 105 nəfər ixtisasını mərkəzləşmə məntəqəsi növbətçisi kimi artırmaq üçün dövrü test imtahanı verib. Test imtahanından uğurla keçən işçilər 6 aylıq həmin ixtisasartırma kurslarına qatılıblar. 

Bakı metropolitenində peşə səviyyəsinin artırılması, yeni peşə hazırlığı, biliklərin mənimsənilməsi və tətbiqi ilə bağlı son illərdə əldə olunan nailiyyətlər genişlənməkdədir. Qurumun mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, yeni ildə artıq bir neçə tədris proqramının nəticələri məlumdur. Belə ki, qatarların qəbulu və yola salınması üzrə növbətçi peşəsində çalışan 105 nəfər ixtisasını mərkəzləşmə məntəqəsi növbətçisi kimi artırmaq üçün dövrü test imtahanı verib. Test imtahanından uğurla keçən işçilər 6 aylıq həmin ixtisasartırma kurslarına qatılıblar. 
Bundan başqa, təlim-tədris mərkəzində avtomat-buraxılış məntəqəsi nəzarətçilərinin hazırlanması məqsədilə hər biri 30 işçi olmaqla, 2 qrup üzrə dərslər yaxın vaxtlarda fəaliyyətə başlayacaq.
Hazırda davam edən maşinistlərin ixtisasartırma və kadr hazırlığı üzrə kurslara gəlincə, 25 nəfər isə 3 ay müddətində keçirilən 2 ixtisasartırma kursunu may ayında başa vuracaq. 
Qeyd edək ki, müəssisədə yeni 81-760/761 seriyalı vaqonları həm idarəetmə, həm də nəzəri biliklər əsasında öyrənənlərə də müvafiq şərait yaradılıb. Vaqonların tədrisi prosesinin aparıldığı müddət ərzində hər ay maşinistlər texniki kabinetdə mövcud vaqon trenajorundan istifadə etməklə, qəza oyunları ilə əlaqədar praktik sınaqlardan keçirilir və hər bir maşinistin sınaq nəticəsi proqram təminatı vasitəsi ilə kompüterdə protokollaşdırılaraq, xüsusi bazaya yığılır. Bununla, maşinistlərin bilik və hazırlıq səviyyəsi xüsusi diqqət mərkəzində saxlanılır. Test imtahanından və kadr komissiyasının imtahanından müvəffəqiyyətlə keçən maşinistlərə sertifikatlar verilir.
"Bakı Metropoliteni" QSC-dən o da bildirilib ki, artıq 2-ci ildir ki, metropolitendə ingilis dili kursları fəaliyyət göstərir və işçilər könüllü olaraq, mərhələli şəkildə bu tədris prosesinə yararlanırlar.
Cari tədris ilində, həmçinin Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin müvafiq sertifikatlaşdırma proqramına 2016-cı ildə 14 nəfər, 2018-ci ildə isə 15 nəfər metropolitençi cəlb edilib. Bu il müvafiq kurslara qatılan işçilərin bilikləri kadr komissiyası tərəfindən sınaq imtahanı yolu ilə qiymətləndirilib və yaxın günlərdə imtahandan uğurla keçən işçilərə sertifikatlar təqdim olunacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31