Gündəm

Canlı yayımda Pərvizə verilən suala Türkanın reaksiyası hər kəsi təəccübləndirdi

2 Aprel 2018 14:44

Ötən gün Xəzər TV-də yayımlanan "O başdan" verilişinin qonaqları meyxanaçı Pərviz Bülbülə və duet ortağı Türkan Vəlizadə olub. GoldNews.az xəbər verir ki, veriliş bir sıra maraqlı məqamlarla yadda qalıb.

“Qızıma təcavüz edib” deyərək günahsız adamı öldürüb – Dəhşətli ailə dramı – FOTOLAR, VİDEO

2 Aprel 2018 14:41

Türkiyənin Adana şəhərində bir qıza təcavüz etdiyi iddiası ilə qızın atası tərəfindən öldürülən gəncin atası Əli Yıldırım, “Əvvəlcə oğlumun təcavüz etmədiyi ortaya çıxdı, sonra qız özünə təcavüz edənin adını verdi, amma bunlar oğlumu geri qaytarmayacaq. Həyat yoldaşımın beyin kiçilməsi irəlilədi, daha hərəkət edə bilmir, mən də işdən qovuldum” deyərək üsyan edib. Ata və ana oğlunun paltarlarını öpüb göz yaşlarına boğulub.

Müğənni Rusiya vətəndaşına "atıb"? - FOTO

2 Aprel 2018 14:33

Rusiya vətəndaşı olan azərbaycanlı iş adamı keçmiş sevgilisinin onun qızıllarını oğurladığını iddia edib. Kənan Musayev bildirib ki, 18 il əvvəl Gəncə şəhərərində tələbə ikən çörək satan Şəlalə İsmayılova ilə tanış olub və qeyri-rəsmi olaraq birgə yaşayıblar: "Jalə adlı bir qızımız oldu, onlara ev alıb verdim, özüm isə işlərimə görə Rusiyaya getdim. Ailəm də evliliyimə qarşı idi. 15 ildən sonra Bakıya qayıdıb başqa bir şəxslə rəmsi olaraq evləndim, iki övladım var. Sonradan Jaləni də ailəmin içinə gətirdim, ona ad günü etdim, hədiyyələr verdim, bu uşaqlardan ayırmadım. 

Xalq artisti efirdə göz yaşı tökdü: "Yiyələri yoxdur" - VİDEO

2 Aprel 2018 14:31

ARB TV-nin "Səhər-Səhər" verlişinin növbəti qonağı Xalq artisti Flora Kərimova olub. Xalq artisti acınacaqlı vəziyyətdə yaşayan Tahir Əkbərin ailəsinə görə efirdə göz yaşlarını saxlaya bilməyib: "İnanırsınız ki, onlar masaya yemək qoydular mən yeməyə qıymadım.

Dağıstanın səhiyyə naziri istefa verib

2 Aprel 2018 14:23

Dağıstanın səhiyyə naziri Tanka İbrahimov istefa verib. Məlumata görə, bu barədə Rusiya KİV-ləri məlumat yayıb. Məlumata görə, T.İbrahimov istefa ərizəsini artıq təqdim edib. O, 2013-cü ilin fevralında bu vəzifəyə təyin olunmuşdu.

Qar və dolu YAĞACAQ - XƏBƏRDARLIQ

2 Aprel 2018 14:22

Bakıda və Abşeron yarımadasında aprelin 3-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, gecəyə doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Putin Donbasdan asanlıqla imtina etməyəcək - Şevçova

2 Aprel 2018 14:15

Rusiya Prezidenti Vladimir Putin Donetsk və Luqanskla bağlı hansısa kompromisə getmək istədiyinin siqnallarını vermir. Bunu “Qlavkom” saytına açıqlamasında rusiyalı politoloq Liliya Şevçova deyib.

Milli-mənəvi dəyərlər və müasirlik

2 Aprel 2018 14:13

Milli dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması bu gün daha çox aktual məsələlərdən hesab olunur. Çünki milli dəyərlərimizin Azərbaycan xalqının formalaşmasına təsiri böyük olduğu kimi, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu vardır. Milli-mənəvi dəyərlərimiz xalqımızın simasında zaman-zaman yaşayıb və bizi başqa millətlərdən fərqləndirib.

Putin Rusiyadan ABŞ səfirliyinin mətbuat katibini də qovdu

2 Aprel 2018 14:11

ABŞ-ın Rusiyadakı səfirliyinin mətbuat katibi Mariya Olsonnun adı Rusiyadan çıxarılacaq 60 diplomatın sırasına daxil edilib. Artıq səfrilik M.Olsonun vəzifəsinin kim tərəfindən icra olunacağını da bildirib. Məlumata görə, keçmiş təbuat katibini Andrea Kalan əvəz edəcək.

Müdafiə Nazirliyi: "Hazırda Ermənistan tərəfi tam demoralizə edilib, onun hərbi-siyasi strategiyası iflasa uğrayıb"

2 Aprel 2018 13:59

Hazırda Ermənistan tərəfi tam demoralizə edilib, onun hərbi-siyasi strategiyası iflasa uğrayıb. Bunu Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəhbəri polkovnik Vaqif Dərgahlı aprel döyüşlərinin hərbi nəticələrini şərh edərkən deyib.

Ərdoğan bu hərəkəti ilə Qərbə MEYDAN OXUDU – Yunanlar ŞOKDA - VİDEO

2 Aprel 2018 13:57

İstanbulda Aya Sofya məscidində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirak etdiyi tədbirdə Quran-i Kərimin oxunması Yunanıstanda sərt reaksiya doğurub.

Azərbaycan daha bir demokratik seçki örnəyi göstərəcək

2 Aprel 2018 13:56

Artıq prezident seçkilərinə sayılı günlər qalıb. Aprelin 11-də ölkə vətəndaşları seçici məntəqələrinə gedərək öz layiqli namizədinə səs verəcək, ölkənin sükanını ona həvalə edəcəklər. Bir qayda olaraq seçkilər ərəfəsində istər daxili, istərsə də beynəlxalq təşkilatlar seçki öncəsi ölkədəki mövcud durumu təhlil edir, prezidentliyə namizədlərə yaradılan şəraitlə tanış olurlar. Artıq bir müddətdir ki, Azərbaycanda da belə bir dəyərləndirmə aparılır və seçkiöncəsi vəziyyət dəyərləndirilir. Bir neçə gündür ki, Azərbaycanda səfədə olan ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu da bu məqsədlə ölkəmizdə səfərdədir və başda Prezident İlham Əliyev olmaqla bütün namizədlərlə görüşlər keçirərək seçkiqabağı mühiti dəyərləndirib.