Gündəm
Şəkidə elmi-praktik konfrans keçirilib
Şəkidə payızlıq taxıl əkinlərində yaz-tarla işlərinin əsaslarla aparılmasına həsr edilmiş elmi-praktik seminar keçirilib. Kənd Təsərrüfatı Nazirliyindən “Olaylar”a verilən məlumata görə, seminarda çıxış edən Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin baş direktoru Rəsul Balayev “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”-ndə taxılçılığın inkişaf etdirilməsi ilə əlaqədar qarşıya qoyulmuş vəzifələrin icrası, kənd təsərrüfatı məhsulu istehsalçıları ilə elmi- tədqiqat institutları arasında birgə əməkdaşlığın əhəmiyyəti haqqında danışıb.
Maliyyə Nazirliyi QHT-lərə xəbərdarlıq etdi
“Qeyri-hökumət təşkilatlarının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası” Nazirlər Kabinetinin 25 dekabr 2009-cu il tarixli 201 nömrəli Qərarı ilə təsdiq edilmiş və normativ hüquqi akt Maliyyə Nazirliyinin internet səhifəsində yerləşdirilib. Adı çəkilən Qanunun 31.8-ci maddəsinə əsasən illik maliyyə hesabatlarınız 30 gün müddətində Maliyyə Nazirliyinə təqdim edilməlidir.
AzTU-da Aprel döyüşlərinin ildönümü qeyd olunub
Azərbaycan Texniki Universitetində (AzTU) 2016-cı ilin 2-5 aprel tarixlərində cəbhədə baş verən və ordumuzun düşmən üzərində açıq qələbəsi ilə nəticələnən Aprel döyüşlərinin ildönümü qeyd olunub. Təhsil ocağından “OLAYLAR”-a bildirilib ki, Aprel döyüşlərinin ildönümü ilə əlaqədar universitetin Şəhidlər abidə-kompleksi önünə gül dəstələri düzülüb, Vətən uğrunda canını fəda edən qəhrəmanların ruhları qarşısında baş əyilib.
Raket və artilleriya bölmələri təlimlərinin döyüş atışlı mərhələsi icra olunub
Müdafiə nazirinin təsdiq etdiyi 2018-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq Raket və Artilleriya birləşmələrinin və bölmələrinin döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə cəbhə bölgəsində keçirilən təlimlərində döyüş atışları icra olunub.
Qida Təhlükəsizliyi Agentliyi “ASAN Radio” ilə əməkdaşlığa başlayır
Bu həftədən etibarən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) “ASAN Radio” ilə əməkdaşlığa başlayır. Agentlikdən “OLAYLAR”-a bildirilib ki, dövlət qurumları ilə vətəndaşlar arasında vasitəçi olan, əhalinin sosial və hüquqi sahədə maariflənməsinə daim dəstək verən “ASAN Radio” bundan sonra AQTA-nın geniş maarifləndirmə layihələrinin də iştirakçısına çevriləcək.
“Peşəkar aktyorluq dərsləri” kitabı nəşr olundu
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin yeni nəşri – görkəmli rus aktyoru və teatr nəzəriyyəçisi Mixail Çexovun “Peşəkar aktyorluq dərsləri” kitabı çapdan çıxıb.
Lökbatan qəsəbəsinin giriş hissəsində hərəkət məhdudlaşdırılır
Aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq, Qaradağ rayonu Lökbatan qəsəbəsinin 28 may küçəsindən giriş hissəsində (dəmiryolu körpüsünün altından giriş) bu gün gecə saatlarından etibarən avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətlik məhdudlaşdırılacaq. Bu barədə məlumat “OLAYLAR”-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən daxil olub. Bildirilib ki, sürücülər alternativ olaraq Nəriman Nərimanov küçəsi istiqamətindən qəsəbəyə daxil ola bilərlər.
25 milyon 250 minə çatdı
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Elektron Hökumət” portalı üzərindən təqdim etdiyi elektron xidmətlər 2018-ci ilin mart ayında da əhalinin maraq dairəsində olaraq, geniş istifadəçi kontingenti ilə seçiliblər. Belə ki, son bir ayda həmin e-xidmətlərə 649,5 min dəfə müraciət qeydə alınıb.
Söyüş, təhqir məğlubiyyətin etirafıdır
Həyatda nəyini isə itirə biləcək qorxusu olmayan insanlar çox təhlükəli olur. Bu əslində anormallıqdır. Çünki Allahın yaratdığı hər bir şüurlu varlıqda, heyvanlarda belə bu hisslər mövcuddur. “Mən qorxmazam” deyib kimlərinsə əlində alətə çevrilərək vasitə kimi istifadə olunanlar da bu kateqoriyaya aiddir. Belələrinin ağılları əllərindən alınaraq bədbəxtçiliyə sürüklənir. Vaxtı ilə II Dünya müharibəsində alman əsgərlərini aparılan təbliğat nəticəsində psixoloji təsirə məruz qoyaraq işğala göndərənlər də bu siyasətdən istifadə edirdilər. İşğalçı olduqlarını dərk etməyən alman əsgərləri Hitlerin yolunda ölməkdən müqəddəs heç nə tanımırdılar. Yalnız Stalinqrad döyüşündəki ağır məğlubiyyətdən sonra ayıldılar ki, onlar heç də müqəddəs amal yolunda deyil, işğalçılıq məqsədi ilə döyüşürlər. Həmin vaxt isə çox gec idi. Necə deyərlər qatar artıq çoxdan keçmişdi.
“Özümü bu bədənlə qəbul edirəm”
Son zamanlar jurnal çəkilişlərində və podiumlarda daha tez-tez görünən model İskra Laurens yeniyetməlik illərində tutduğu pəhrizlərin qidalanmasına necə mənfi təsir göstərdiyindən bəhs edib.
Məşhur müğənni övladına qoyacağı adı AÇIQLADI
Müğənni və aktyor Özcan Dənizin ata olaçağı xəbəri gündəmi zəbt edib.Olaylar.az bildirir ki, aktyor və sevgilisi Feyza Aktanın oğlu dünyaya gələcək. Qız övladı arzulayan müğənni artıq oğluna verəcəyi adı açıqlayıb. Cütlük dünyaya gələcək oğullarına Kuzey adını verəcək.
Gənc rəssamlar üçün rəsm müsabiqəsi
“Arts Council Azerbaijan” təşkilatının təşəbbüsü ilə “Art Tover” qalereyası rəsm müsabiqəsi elan edib. “Start” layihəsi çərçivəsində gerçəkləşən müsabiqə Mədəniyyət və Turizm Nazirliyi və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Azərbaycan Gənclər Şəbəkəsinin dəstəyi ilə təşkil olunub.
Daşkənddə Elmira Axundovanın “İlham Əliyev. Prezidentin portreti dəyişikliklər fonunda” özbək dilində nəşr olunmuş kitabının təqdimatı keçirilib
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində təşkil olunan təqdimat mərasimində xarici ölkələrin səfirləri, diplomatlar, Özbəkistan – Azərbaycan Dostluq Cəmiyyətinin rəhbərliyi, ziyalılar, ictimaiyyət nümayəndələri, jurnalistlər, müəllim və tələbələr, yerli azərbaycanlılar iştirak ediblər.


.jpg)











