Qida Təhlükəsizliyi Agentliyi “ASAN Radio” ilə əməkdaşlığa başlayır
Bu həftədən etibarən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) “ASAN Radio” ilə əməkdaşlığa başlayır. Agentlikdən “OLAYLAR”-a bildirilib ki, dövlət qurumları ilə vətəndaşlar arasında vasitəçi olan, əhalinin sosial və hüquqi sahədə maariflənməsinə daim dəstək verən “ASAN Radio” bundan sonra AQTA-nın geniş maarifləndirmə layihələrinin də iştirakçısına çevriləcək.
2 Aprel 2018 15:09 SosialBu həftədən etibarən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) "ASAN Radio" ilə əməkdaşlığa başlayır. Agentlikdən "OLAYLAR"-a bildirilib ki, dövlət qurumları ilə vətəndaşlar arasında vasitəçi olan, əhalinin sosial və hüquqi sahədə maariflənməsinə daim dəstək verən "ASAN Radio" bundan sonra AQTA-nın geniş maarifləndirmə layihələrinin də iştirakçısına çevriləcək.
Əməkdaşlıq proqramı çərçivəsində ilk addım olaraq, 2018-ci il 4 aprel tarixindən başlayaraq, "ASAN Radio"nun efirində AQTA-nın xüsusi radio verilişinin yayımlanması planlaşdırılıb.Hər həftə yayımlanacaq bu proqram dinləyiciləri Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyət istiqamətləri haqqındaən geniş və səhih informasiya ilə təmin edəcək.
"ASAN Radio"da efirə gedəcək verilişdə dinləyicilər qida təhlükəsizliyi ilə bağlı onları maraqlandıran bir sıra suallara cavab tapacaq. Belə ki, sertifikatlaşdırma, müəssisələrin qeydiyyata alınması qaydaları, qida təhlükəsizliyi anlayışı, qida zənciri halqaları, "tarladan süfrəyə" qida məhsullarının hərəkətinin izlənilməsi, qida təhlükəsizliyini təmin etmək məqsədilə gözlənilən gigiyenik-sanitar norma və qaydalar, rasional qidalanma və s. haqqında geniş və faydalı məlumatlar, sadə, aydın dildə dinləyicilərlə bölüşüləcək.