Gündəm

“Döyüşlərdən sonra Ermənistan ordusunda korrupsiya faktı aşkarlandı”

2 Aprel 2018 15:43

2016-cı ilin aprel döyüşləri baş verən ərəfədə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesində irəliləyiş yox idi və biz gücümüzü ortaya qoyduq. Bir neçə strateji yüksəkliyi işğaldan azad etdik”.

Yeni qorxulu virus yayıldı - Bağırsaq qripi

2 Aprel 2018 15:40

Norveçin Hardangervidda milli parkında 30 turist təxliyə olunub. Məlumata görə, bu qərara norovirusun yayılması səbəb olub.

Telefon oğrusu ələ keçib

2 Aprel 2018 15:38

Mobil telefon oğurluğu ilə məşğul olan şəxs zərəsizləşdirilib. DİN-dən “Olaylar”a verilən məlumata görə, paytaxt ərazisində bir neçə mağazadan mobil telefon oğurlayan şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

İmişlidə təkər oğruları saxlanılıb

2 Aprel 2018 15:37

İmişki rayonunda təkər oğruları saxlanıblar. DİN-dən “Olaylar”a verilən məlumata görə, İmişli Rayon Polis Şöbəsinə müraciət edən Hacalmuradlı kənd sakini Tofiq Babayev martın 28-nə keçən gecə şəhər ərazisində nəzarətçi işlədiyi avtomobil təsərrüfatının anbarından 17 ədəd avtomobil təkərinin oğurlandığını bildirib.

Külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

2 Aprel 2018 15:36

Respublikanın daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir. Bu istiqamətdə həyata keçirilən tədbirlər nəticəsində külli miqdarda narkotik vasitə götürülərək qanunsuz dövriyyədən çıxarılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Cəlilabad şəhərinin ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş İlqar Rüstəmov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 50 qram narkotik vasitə olan heroin aşkar edilib.

Xidmətdə fərqlənən gömrük əməkdaşları mükafatlandırılıb

2 Aprel 2018 15:35

Aprelin 2-də Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev xidmətdə fərqlənmiş gömrük əməkdaşları ilə görüşüb. “Olaylar” xəbər verir ki, Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev son zamanlar gömrük orqanlarının hüquqpozmalara qarşı, xüsusilə də narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə sahəsində mühüm nailiyyətlər əldə etdiyini vurğulayıb.

Ailənin 7 üzvü bir gündə dəfn edildi - SARSIDICI GÖRÜNTÜ

2 Aprel 2018 15:31

Şənbə günü Lənkəran rayonunda baş vermiş dəhşətli yol qəzasında vəfat edən 7 nəfər dəfn edilib. Lent.az xəbər verir ki, Gərmətük kəndi ərazisində 99-BJ-224 dövlət nömrə nişanlı "Ford Cargo" markalı yük avtomobilinə çırpılan 42-BS-634 dövlət nömrə nişanlı "Mitsubishi Pajero İO" markalı minik maşınında həlak olan və bir ailənin üzvü olan şəxslər Ləj kənd qəbiristanlığında dəfn edilib.

Regionlarda ənənəvi sahələr inkişaf etdirilir

2 Aprel 2018 15:29

Azərbaycanda qeyri-neft sektorunun inkişafı iqtisadi siyasətin başlıca prioritetlərindən hesab olunur. Elə bu sbəbədən də kənd təsərrüfatının ənənvi sahələrinin inkişafına üstünlük verilir. Etiraf edilməlidir ki, sözügedən sahələrin inkişafında regionların sosial-iqtisadi inkişaşı dövlət proqramları əhəmiyyətli rol oynayır.

Alimin evindəki 1 milyonluq oğurluq işi böyüyür - "Əl izi göstərilsin"

2 Aprel 2018 15:27

Alimin evindən bir milyon manat pul və zinət əşyaları oğurlamaqda ittiham olunan Xanım Zeynalovanın atası Əbdüləli Zeynalov redaksiyamıza müraciət edib.

15 yaşlı qızını 1 ildir zorlayan atanın meşədə döyüldüyü kadrlar yayıldı - VİDEO 

2 Aprel 2018 15:26

Ankarada 15 yaşlı öz qızına 1 ildir təcavüz etdiyi iddia edilən ata həbs olunub. Y.Ç. (35) adlı şəxs 15 yaşlı qızı S.Ç.-ya təcavüz edib. 1 ildir davam edən təcavüz olayını öyrənən ana A.Ç. polis bölməsinə gedərək hadisəni danışıb. Polis Y.Ç.-ni saxlayıb.

Peskov: "Rusiyanın “Skripal işi” ilə heç bir əlaqəsi yoxdur"

2 Aprel 2018 15:23

Rusiyanın “Skripal işi” ilə heç bir əlaqəsi yoxdur. Məlumata görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. Sergey Skripalın zəhərlənməsinə Kremlin razılıq verməsi barədə suala cavab verən D.Peskov bununla bağlı rusiyalı rəsmilərin açıqlamalarını oxumağa çağırıb: “Xarici işlər naziri Sergey Lavrovun, XİN-in nümayəndəsi Mariya Zaxarovanın açıqlamalarına baxın. Biz artıq iki həftədən çoxdur ki, hadisənin əvvəlindən bəyan edirik ki, Rusiyanın bu işlə heç bir əlaqəsi yoxdur”.

Azərbaycanda məşhurlaşan amerikalı gəncə efirdə xınayaxdı keçirildi – VİDEO

2 Aprel 2018 15:19

ARB TV-nin “Açıq pəncərə” proqramının növbəti qonaqlarından biri də Azərbaycanda yaşayan və sosial şəbəkələrdə məşhur olan Marta olub.

Mingəçevirdə zavod qarət olundu

2 Aprel 2018 15:17

Mingəçevir Şəhər Polis Şöbəsinə şəhər ərazisindəki zavodlardan birinin inzibati binasından oğurluq edilməsi barədə müraciət daxil olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və oradan 1 ədəd kompüter, 1 ədəd surətçıxaran aparat, 1 ədəd mühərrik və digər əşyaların oğurlandığı məlum olub.

Yanan maşında 2 nəfər öldü

2 Aprel 2018 15:15

Füzuli rayonunun Qayıdış-5 qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.Daxili İşlər Nazirliyindən “Olaylar”a verilən məlumata görə, aprelin 1-də saat 17 radələrində Füzuli rayonunun Qayıdış-5 qəsəbəsində qəsəbə sakini Yusif Dadaşzadə idarə etdiyi “Mercedes” markalı avtomobili aşırıb və zərbədən yanğın baş verib. Nəticədə Y.Dadaşzadə və sərnişinlərindən qəsəbə sakini Rəşad Rüstəmov hadisə yerində ölüb, digər 2 sərnişini xəstəxanaya yerləşdiriliblər. Araşdırmalar RPŞ tərəfindən aparılır.