Regionlarda ənənəvi sahələr inkişaf etdirilir
Azərbaycanda qeyri-neft sektorunun inkişafı iqtisadi siyasətin başlıca prioritetlərindən hesab olunur. Elə bu sbəbədən də kənd təsərrüfatının ənənvi sahələrinin inkişafına üstünlük verilir. Etiraf edilməlidir ki, sözügedən sahələrin inkişafında regionların sosial-iqtisadi inkişaşı dövlət proqramları əhəmiyyətli rol oynayır.
2 Aprel 2018 15:29 SosialPambıqçılığın inkişafı bölgələrin idxal potensialını artırır
Azərbaycanda qeyri-neft sektorunun inkişafı iqtisadi siyasətin başlıca prioritetlərindən hesab olunur. Elə bu sbəbədən də kənd təsərrüfatının ənənvi sahələrinin inkişafına üstünlük verilir. Etiraf edilməlidir ki, sözügedən sahələrin inkişafında regionların sosial-iqtisadi inkişaşı dövlət proqramları əhəmiyyətli rol oynayır. Belə sahələrdən biri də pambıqçılıqdır ki, qısa müddət ərzində hhəyata keçirilən tədbirlər nəticəsində pambıqçılığın sürətli inkişafına nail olunub. Hazırda qarşıda duran əsas vəzifə əldə edilən inkişaf dinamikasını qoruyub saxlamaqdır. Yeri gəlmişkən xatırladaq ki, cari lldə respublikanın 22 rayonunda pambıq əkilib. Dövlətin və dövlət başçısının bu sahəyə xüsusi diqqət və qayğısından stimul alan fermerlər Aran rayonlarında pambıqçılığın inkişaf etdirilməsinə öz töhfələrini verirlər ki, bu da ümumilikdə Azərbaycanda bu sahənin inkişafına təkan verir. Sahibkarlığa Kömək Milli Fondundan pambıq əkini ilə məşğul olan fermerlərə, sahibkaralar ayrılan vəsaitlərin həcminin ildən-ilə artırılması da qarşıya qoyulan hədəflərə nail olmaq imkanı verir. Təsadüfi deyil ki, məhz bu sahəyə göstərilən diqqətin nəticəsində son illərdə pambıq əkini sahələrinin sayı xeyli artıb və bu məhsulun istehsalında da artım qeydə alınıb. Qarşıdakı illərdə də ölkədə pambıqçılığın inkişaf etdiriləcəyi, pambıq istehsalının artırılacağı istisna edilmir. Elə bu günlərdə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sədrliyi ilə Bərdə rayonunda pambıqçılığın inkişafına dair keçirilən respublika müşavirəsi də belə deməyə əsas verir. Dövlət başçısının müşavirədəki çıxışından bir daha aydın oldu ki, ölkədə pambıqçılığın inkişaf etdirilməsi üçün bu sahəyə dövlət dəstəyi bundan sonra da davam edəcək: "2016-cı ildən başlayaraq Azərbaycanda pambıqçılığa çox ciddi dövlət dəstəyi göstərilir və nəticələr də göz qabağındadır. Qısa müddət ərzində pambıqçılığın sürətli inkişafına nail ola bilmişik. Demək olar ki, biz pambıqçılığı Azərbaycanda bərpa edirik. 2016-cı ildə Sabirabad şəhərində, keçən il isə martın sonunda Saatlı şəhərində müşavirələr keçirildi. Bu müşavirələrdə verilən tapşırıqlar yerinə yetirilir. Biz bu tapşırıqların yerinə yetirilməsi nəticəsində gözəl nailiyyətlərə də çata bilmişik". Lakin etiraf edilməlidir ki, pambıq əkini ilə məşğul olan rayonların heç də hamısı nəzərdə tutulan məhsuldarlığı əldə etmək imkanına malik deyil. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Bərdədə keçirilən Pambıqçılığın inkişafına dair respublika müşavirəsində qeyd edib ki, məhsuldarlıqla bağlı bəzi problemlər var və bu problemlər aradan qaldırılmalıdır: "Elə etməliyik ki, bütün bu qüsurlar, çatışmazlıqlar ciddi təhlil olunsun və biz bunu edirik. Gələcəkdə bu səhvlərə yol verilməməlidir və bundan sonra Azərbaycanda pambıqçılığın inkişafı yalnız məhsuldarlığın artırılması hesabına təmin edilməlidir. Müsbət təcrübə öyrənilməli və geniş tətbiq edilməlidir. Mənfi təcrübə də ciddi təhlil edilməli və gələcəkdə səhvlərə yol verməmək üçün ciddi tədbirlər görülməlidir. Keçən il orta məhsuldarlıq 15,2 sentnerdir. Əlbəttə ki, bu, bizi qane edə bilməz. Bu, çox aşağı göstəricidir. Baxmayaraq ki, qeyd etdiyim kimi, qısa müddətdə - 2 il ərzində biz pambıq tədarükünü 6 dəfə artıra bilmişik və bu gün 200 min tondan çox pambıq təhvil vermişik, məhsuldarlıq əlbəttə ki, bizi heç cür qane edə bilməz. Əgər biz orta məhsuldarlığı 20 sentner səviyyəsində təmin edə bilsəydik, biz keçən il 270 min ton pambıq götürə bilərdik. Biz növbəli əkin sistemi tətbiq etməliyik. Bu, eyni zamanda, taxılçılığın inkişafına da ciddi təkan verəcəkdir. Emal müəssisələrinin gücünü artırmalıyıq. Hazırda yeni pambıqtəmizləmə zavodları tikilir. Bu, çox müsbət haldır. Əminəm ki, gələcəkdə pambığın tədarükü daha da artacaq, bizə yeni emal müəssisələri lazım olacaq. Bununla bərabər, bu gün fəaliyyətdə olan pambıqtəmizləmə zavodlarının mütləq əksəriyyəti sovet vaxtından qalan müəssisələrdir. Onlar artıq köhnəlib. Düzdür, fəaliyyət göstərirlər, ancaq lazımi səmərə ilə işləmirlər. Ona görə biz gərək emal sənayesini də tədricən yeniləşdirək. Yeni pambıqtəmizləmə zavodlarının tikintisi, eyni zamanda, keyfiyyətə də, məhsuldarlığa da müsbət təsir göstərəcək".
Nəzərə alsaq ki, ölkədə pambıqçılığın inkişafında böyük təcrübə, ənənə var, o zaman dövlət başçısının iştirakı ilə keçirilən müşavirədən sonra pambıq əkini ilə məşğul olan rayonlarda bu sahənin inkişafı baxımından mühüm nailiyyətlərin əldə olunacağı şübhə doğurmur. Yeri gəlmişkən qeyd edək ki, Horadiz şəhərindəki Heydər Əliyev Mərkəzində Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə martın 26-da Bərdə rayonunda pambıqçılığın inkişaf etdirilməsinə dair keçirilmiş respublika müşavirəsindən irəli gələn vəzifələr barədə Füzuli rayon pambıqçılarının ümumrayon müşavirəsi keçirilib. Müşavirədə rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-Təşkilat şöbəsinin məsul əməkdaşı Əflatun Rufiyev, rayonun aidiyyəti idarə, müəssisə və təşkilatları, pambıq istehsalçıları, fermerlər və ictimaiyyət nümayəndələri iştirak ediblər. İcra başçısı Alı Alıyev müşavirədə bildirib ki, martın 26-da Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Bərdə rayonunda keçirilmiş pambıqçılığın inkişaf etdirilməsinə dair respublika müşavirəsində ölkə başçısı yerlərdə kənd təsərrüfatının inkişafı, yerli istehsalın artırılması, əhalinin məşğulluğunun yüksəldilməsi ilə bağlı tapşırıqlar verib. Bunlardan biri də bölgələrdə pambıqçılığın inkişaf etdirilməsidir."Prezident cənab İlham Əliyev müşavirdə qeyd etdi ki, yeni iqtisadi mərhələdə kənd təsərrüfatı məhsullarının istehsalının artırılması, xüsusilə, ixrac tutumlu sahələrin, o cümlədən pambıqçılığın inkişafı əsas yer tutur. Çünki pambıqçılıq həm gəlirli sahədir, həm də yeni iş yerlərinin açılması deməkdir.Ölkə başçısının müşavirədə söylədiyi giriş və yekun nitqindən irəli gələn məsələlər bizim də qarşımızda duran əsas məsələlərdən biridir"-deyən Alı Alıyev ölkə başçısının tapşırıqlarına uyğun olaraq Füzuli rayonunda 2018-ci ildə 2100 ha ərazidə pambıq əkilməsi planlaşdırıldığını vurğulayıb. Alı Alıyev bundan 287 nəfər istehsalçı olmaqla 1412 hektarın Füzuli Kənd Təsərrüfatı MMC ilə, 80 nəfər istehsalçı olmaqla 590 hektar "Azərpambıq" MMC ilə müqavilə bağlandığını, 14 nəfər istehsalçı isə 97,3 hektar fərdi qaydada pambıq əkəcəyini deyib. Artıq pambıq əkiləcək sahələrə baxış keçirilib. Nəzədə tutulan bütün sahələrdə şum işi tam başa çatıb, pambıq sahələri arat edilib, mala işi aparılıb, yaxın günlərdə çiyid səpininə başlanılacaq. Alı Alıyev vurğulayıb ki, RİHB Aparatının aidiyyəti şöbəsi, Kənd Təsərrüfatı İdarəsi, Füzuli Kənd Təsərrüfatı MMC və Azərpambıq MMC və aidiyyəti təşkilatlar öz işlərini ölkə başçısı İlham Əliyevin Bərdə rayonunda pambıqçılığın inkişaf etdirilməsinə dair respublika müşavirəsində qarşıya qoyduğu vəzifələr üzərində qurmalıdır. Müşavirədə Prezident Administrasiyasının Ərazi-Təşkilat şöbəsinin məsul əməkdaşı Əflatun Rufiyev respublika müşavirəsindən irəli gələn vəzifələr barədə danışıb. Bildirib ki, 2017-ci ildə respublika üzrə 2007 min ton pambıq istehsal olunub. Qeyd edib ki, Prezident İlham Əliyev yerlərdə kənd təsərrüfatının inkişafı, yerli istehsalın artırılması, əhalinin məşğulluğunun yüksəldilməsi ilə bağlı tapşırıqlarından biri də bölgələrdə pambıqçılığın inkişaf etdirilməsidir.
Kürdəmir rayonunda da eyni məqsədlə keçirilən yığıncaqda da Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov qeyd edib ki, 2018-ci il 26 mart tarixdə Bərdə rayonunda Cənab İlham Əliyevin Sədrliyi ilə pambıqçılığın inkişafına dair keçirilən respublika müşavirəsində ölkə Prezidenti Respublikamızda pambıqçılığın inkişafı ilə əlaqədar bütün adiyyatı təşkilatlar qarşısında ciddi vəzifələr qoyaraq öz tövsiyyə və tapşırıqlarını verib: "Pambıqçılığın insanların sosial həyatında nə qədər böyük rol oynadığını dönə-dönə bildirən Ulu Öndər Respublikaya rəhbərlik etdiyi 1970-ci illərdə bu sahənin inkişafına böyük önəm verərək, pambıqçılığa və pambıqçılara xüsusi qayğı ilə yanaşırdı. Kürdəmir rayonu sovet dönəmində Respublikanın böyük pambıqçılıq rayonlarından biri olub. Həmin dövrlərdə pambıqçılığa Kürdəmir rayonunda da xüsusi diqqət ayrılmışdır. Ölkə Prezidenti Azərbaycana valyuta axınının təmin edilməsi məqsədilə ixracyönümlü məhsulların istehsalının xüsusi əhəmiyyət daşıdığını, pambığın da ixracyönümlü məhsul olduğunu və bu sahənin ciddi inkişaf etdiriləcəyini bildirdi. Cənab Prezident pambıqçılığın inkişafına böyük vəsait sərf olunduğunu, operativ olaraq bütün lazımi tədbirlərin görüldüyünü, suvarma ilə, elektrik enerjisi ilə bağlı tədbirlərin görüldüyünü, yeni pambıqyığan kombaynlar, yüzlərlə adda kənd təsərrüfatı texnikasının alınıb ölkəyə gətirildiyini qeyd etdi". Ceyhun Cəfərov qeyd edib ki,Azərbaycan Respublikası Prezidentinin ixrac yönümlü məhsullardan və insanların sosial həyatında mühüm rolu olan pambıqçılığın inkişafı sahəsində qarşıya qoyduğu tapşırıqlara uyğun olaraq Kürdəmir rayonunda müəyyən işlər görülmüşdür. Belə ki, pambığın əkin sahəsi ilbəil artırılmışdır. Belə ki, 2015-ci ildə 22 hektar, 2016-cı ildə 1911 hektar, 2017-ci ildə 4027 hektar sahədə pambıq əkilmiş, pambıq əkinin sahəsi dəfələrlə artırılmışdır. 2017-ci ildə 5001 ton pambıq yığılaraq tədarük edilmişdir ki, bu da əvvəlki ildəkindən 2900 ton çox olmuşdur. Məhsulun 773 tonu maşınlarla yığılmışdır. 2018-ci ildə 5030 hektar pambıq əkilməsi nəzərdə tutulmuş, bunun üçün su təminatı olan münbit sahələr seçilmiş, 275 istehsalçı pambıq əkini ilə əlaqədar müqavilələr bağlamışdır. İstehsalçılardan 89-u 1002.4 hektar sahədə pambıq əkilməsi üçün "MKT İK" MMC ilə, 107 istehsalçı 2800 hektar sahədə pambıq əkini üçün Kənd Təsərrüfatı İdarəsi MMC ilə müqavilə bağlamış, 79 istehsalçı 1278 hektar sahədə fərdi pambıq əkilməsi üçün hazırlıq işləri görmüşdür. Pambıq əkiləcək 5030 hektar sahənin şumu vaxtında çıxarılmış, bunun 4200 hektarında qış aratı aparılmışdır.İstehsalçılardan 74-ü 5 hektaradək, 56-sı 5 hektardan 10 hektaradək, 84-ü 10 hektardan 20 hektaradək, 49-u 20 hektardan 50 hektaradək, 10-u 50 hektardan 100 hektaradək, 1 hüquqi şəxs "Vüqar Aqro" MMC 350 hektar, digər hüquqi şəxs "SM Aqro" MMC 1500 hektar sahədə pambıq əkini üçün hazırlıq işləri görmüşlər. Bu il pambıq əkinlərinin 325 hektarı pay torpaqlarında, 1086 hektarı bələdiyyə torpaqlarında, 3619 hektarı Dövlət ehtiyat fondu torpaqlarında əkiləcəkdir.Pambıqçılığın maddi texniki bazasını möhkəmləndirmək üçün əlavə səpin və becərmə texnikaları alınmışdır. Səpinin optimal temperatur yarandığı təqdirdə aprel ayının birinci on günlüyündə başlanması və iyirmi iş günü müddətində başa çatdırılması üçün hazırlıq tədbirləri görülmüşdür. İstehsalçılar hər hektardan 20 sentiner məhsul götürülməsini qarşılarına məqsəd qoymuşlar.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir