Xidmətdə fərqlənən gömrük əməkdaşları mükafatlandırılıb
Aprelin 2-də Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev xidmətdə fərqlənmiş gömrük əməkdaşları ilə görüşüb. “Olaylar” xəbər verir ki, Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev son zamanlar gömrük orqanlarının hüquqpozmalara qarşı, xüsusilə də narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə sahəsində mühüm nailiyyətlər əldə etdiyini vurğulayıb.
2 Aprel 2018 15:35 SosialAprelin 2-də Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev xidmətdə fərqlənmiş gömrük əməkdaşları ilə görüşüb. "Olaylar" xəbər verir ki, Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev son zamanlar gömrük orqanlarının hüquqpozmalara qarşı, xüsusilə də narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə sahəsində mühüm nailiyyətlər əldə etdiyini vurğulayıb. Komitə sədri bu uğurların təkcə Azərbaycan hökuməti deyil, eyni zamanda, Ümumdünya Gömrük Təşkilatı və BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin rəhbərliyi tərəfindən də yüksək dəyərləndirildiyini bildirib. Aydın Əliyev narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan səmərəli mübarizə tədbirlərində fərqlənmiş gömrük əməkdaşlarına minnətdarlığını ifadə edərək, onların barəsində həvəsləndirmə tədbiri görülməsi üçün Dövlət Gömrük Komitəsinin müvafiq əmrinin imzalandığını diqqətə çatdırıb və həmin əmrə əsasən hədiyyələrlə təltif olunduqlarını bildirib. Sonra xidmətdə fərlənənlərə mükafatlar təqdim olunub.