Yeni qorxulu virus yayıldı - Bağırsaq qripi
Norveçin Hardangervidda milli parkında 30 turist təxliyə olunub. Məlumata görə, bu qərara norovirusun yayılması səbəb olub.
2 Aprel 2018 15:40 DünyaNorveçin Hardangervidda milli parkında 30 turist təxliyə olunub. Məlumata görə, bu qərara norovirusun yayılması səbəb olub.
Qeyd olunur ki, Norveçin Turizm Assosiasiyası xəstələnmiş turistlərin olduğu kotteclərdə gigiyena nəzarəti üçün tədbirlər həyata keçirir. Turistlərin sağlamlıq vəziyyəti barədə məlumat verilməyib.
Qeyd edək ki, "bağırsaq qripi" kimi də tanınan norovirus yüksək temperatur, qusma və mədə-bağırsaq pozğunluğu ilə müşayiət olunur. Trend.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31