Çox şey itirə bilərsiz - Matviyenkodan İrəvana xəbərdarlıq
15:14 SiyasətErmənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmaq qərarı verərsə, çox şeyləri itirə bilər.Bunu Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko bildirib.Onun sözlərinə görə, təşkilata üzvlüyünü davam etdirmək və ya dayandırmaq qərarı İrəvanın öz ixtiyarındadır. Bununla belə, KTMT-dən çıxmaq Ermənistan üçün ciddi nəticələrə səbəb ola bilər.
"Bundan sonrası Ermənistanın öz hüququdur - KTMT-də üzvlüyünü davam etdirmək, ya yox. Hesab edirəm ki, əks qərar verəcəyi təqdirdə Ermənistan çox şeyləri itirəcək", - deyə o, Vyetnama səfərinin yekunlarına dair jurnalistlərə açıqlamasında vurğulayıb.
Xatırladaq ki, Ermənistan 30 ildən çoxdur ki, hərbi blokun üzvüdür.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31