İmişlidə təkər oğruları saxlanılıb

İmişki rayonunda təkər oğruları saxlanıblar. DİN-dən “Olaylar”a verilən məlumata görə, İmişli Rayon Polis Şöbəsinə müraciət edən Hacalmuradlı kənd sakini Tofiq Babayev martın 28-nə keçən gecə şəhər ərazisində nəzarətçi işlədiyi avtomobil təsərrüfatının anbarından 17 ədəd avtomobil təkərinin oğurlandığını bildirib.

İmişki rayonunda təkər oğruları saxlanıblar. DİN-dən "Olaylar"a verilən məlumata görə, İmişli Rayon Polis Şöbəsinə müraciət edən Hacalmuradlı kənd sakini Tofiq Babayev martın 28-nə keçən gecə şəhər ərazisində nəzarətçi işlədiyi avtomobil təsərrüfatının anbarından 17 ədəd avtomobil təkərinin oğurlandığını bildirib. Məlumatla əlaqədar polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Dərhal başlanan əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən 4 nəfər qısa müddətdə müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onların rayon sakinləri Səbuhi Soltanlı, Etibar Quliyev, Atakişi Hüseynzadə və Gədəbəy rayon sakini Səddam Mustafayev saxlanılıblar. Faktla bağlı İmişli RPŞ-də cinayət işi başlanılıb. Araşdırma aparılır.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31