Telefon oğrusu ələ keçib

Mobil telefon oğurluğu ilə məşğul olan şəxs zərəsizləşdirilib. DİN-dən “Olaylar”a verilən məlumata görə, paytaxt ərazisində bir neçə mağazadan mobil telefon oğurlayan şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Mobil telefon oğurluğu ilə məşğul olan şəxs zərəsizləşdirilib. DİN-dən "Olaylar"a verilən məlumata görə, paytaxt ərazisində bir neçə mağazadan mobil telefon oğurlayan şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Belə ki, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində iki mağazadan ümumilikdə 7 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb.Araşdırmalarla onun Göyçay rayon sakini Yusif Sadıqov olduğu müəyyən edilib. Faktla bağlı cinayət işi başlanılıb. Araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31