“Döyüşlərdən sonra Ermənistan ordusunda korrupsiya faktı aşkarlandı”

2016-cı ilin aprel döyüşləri baş verən ərəfədə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesində irəliləyiş yox idi və biz gücümüzü ortaya qoyduq. Bir neçə strateji yüksəkliyi işğaldan azad etdik”.

2016-cı ilin aprel döyüşləri baş verən ərəfədə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesində irəliləyiş yox idi və biz gücümüzü ortaya qoyduq. Bir neçə strateji yüksəkliyi işğaldan azad etdik". Bu fikirləri politoloq Elxan Şahinoğlu deyib. Politoloq vurğulayıb ki, bir neçə rayonun azad edilməsinə böyük ümidlər var idi: "Çox təəssüf ki, Rusiyadakı müəyyən qüvvələr buna imkan vermədilər, prosesə müdaxilə etdilər. Biz daha çox ərazini işğaldan azad edə bilərdik. Amma bu nəticə də pis deyil". E. Şahinoğlu bildirib ki, biz düşməni gücümüzü göstərdik.

O qeyd edib ki, qarşı tərəfin xeyli itkisi oldu: "Həmçinin döyüşlərdən sonra Ermənistan ordusunda korrupsiya faktı aşkarlandı. Ermənistanın müdafiə nazirini istefaya göndərdilər. İndinin özündə Ermənistanda doğulan gənclər Dağlıq Qarabağa gəlib xidmət etmək istəmir. Bu aprel döyüşlərinin nəticələrindən irəli gəlir".

Politoloq əlavə edib ki, döyüşlərdən iki il keçsə də, danışıqlarda irəliləyiş yoxdur. E. Şahinoğlu deyib ki, döyüşlərdən sonra Azərbaycan cəmiyyətinin bir hissəsində inam var idi ki, artıq böyük dövlətlər ordumuzun gücünü görüb Ermənistana təzyiq edəcək. Çox təəssüf ki, iki il ərzində bu baş vermədi. Danışıqlarda nəticə yoxdursa, aprel  döyüşlərinin hər an təkrarlanması təhlükəsi var". Azadinform.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31